Sosial

112 saylı məktəbdə şagirdin bullinqə məruz qaldığı bildirilir - DİN araşdırır

4 Oktyabr, 2022
418

Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.

Hadisənin Sabunçu rayonu 112 saylı məktəbdə baş verdiyi bildirilir. 

112 nömrəli tam orta məktəbdən verilən məlumata görə, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib. 

Bildirilib ki, həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə baş verməyib: “Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar  səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər". 

"Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib”, - deyə məlumatda qeyd olunur. 

Bakı Şəhər Tədris İdarəsi də məsələ ilə bağlı müvafiq araşdırma aparıldığını söyləyib.

Elm və təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Toplum TV-yə məslədən xəbərdar olduqlarını bildirib: “Uşaqlarla söhbətin aparılması üçün, yəqin ki, aidiyyatı qurumlar işləyir. Şagirdlər, məktəb müəllimləri və valideynlərlə müzakirə aparılıb bunu yaradan səbəblər daha geniş danışılmalıdır. Eyni zamanda, belə halların məktəblərdə təkrarlanmaması üçün müzakirələr aparılmalıdır”. 

O məktəblərdə bulinq hallarının azaldılması üçün müvafiq addımlar atıldığını, amma bundan sığortalanmadıqlarını söyləyib: “Bulinq mövzusunda məktəblərin girişində müxtəlif plakatlar vurulur, müəllimlər öz dərslərində uşaqlara izahatlar verirlər. Bu bizim üçün çox vacib məsələdir. Amma, təəssüf ki, bundan qaçmaq olmur. Bulinq dünyanın bütün ölkələrinin məktəblərində baş verir, biz də istisna deyilik”. 

Qurum rəsmisi məktəblərə smartfonların l gətirilməsinə qadağa olmadığını söyləyib. 

Amma belə hadisələrin qarşısının alınması üçün preventiv addımlar arasında olacağını da istisna etməyib.

Daxili İşlər Nazirliyinin sözcüsü Elşad Hacıyev bildirib ki, məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər arşdırılır.  

O, sosial şəbəkə hesabında belə yazıb:

“Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023

Açıq mənbələrdən götürülüb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Toplum TV xəbər verir ki, bununla bağlı martın 30-da Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/multimedia/psaatlida-etiraz-varlilar-yasayir-kasiblar-qirilirp Prezidentin fərmanıyla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Öz növbəsində Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.  Bundan əvvəl Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi...
Sosial

Deputat Fazil Mustafa sui-qəsdə məruz qalıb

28 Mart 2023

Açıq mənbələrdən götürülüb

Milli Məclisin deputatına avtomatla atəş açılıb.   Toplum TV xəbər verir ki, baş vermiş silahlı hücum nəticəsində Fazil Mustafanın yaralandığı bildirilir. Deputatın yaxınlarından biri "Musavat.com"-a açıqlama verib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan onun üzərinə atəş açılıb.  "Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib", - deyə məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Seçilmiş Videolar

Toplum TV loqo