Sosial
13 saylı Cəzaçəkmə Müəssisəsində nə baş verib?
14 Yanvar, 2021
Baxış: 147
FOTO: Sosial media

13 saylı Cəzaçəkmə Müəssisəsində ağır diabeti olan dustağın döyüldüyü və sonra öldüyü bildirilir. 

Məlumatı jurnalist Xədicə İsmayıl "Feysbuk" hesabında paylaşıb.

Məlumata görə, vəfat edən Röyal adlı məhbus Gəncə sakinidir.
 
"Toplum TV” faktı dəqiqləşdirmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb.
 
Mehman Sadıqovun sözlərinə görə, heç bir döyülmə faktı yoxdur: "Məhkum öz əcəli ilə ölüb. Ölümün səbəbi isə tibbi ekspertizadan sonra bəlli olacaq”.

 FOTO: Sosial media

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Rövşən Hacıbəyli hadisədən məlumatsız olduğunu deyib: "Yazmışdılar ki, ölən şəxs Gəncə məhbuslarındandır. Bizdə Gəncə məhbuslarının siyahısı var. Onların arasında Röyal adlı məhbus yoxdur".

R.Hacıbəyli vurğulayıb ki, belə hadisələr Azərbaycan həbsxanalarında adi hala çevrilib: "Dəfələrlə biz belə halların şahidi olmuşuq. Məhbusun bu şəkildə təzyiqlərə məruz qalması tamamilə insan haqlarına zidd bir addımdır. İnsan hüquqları təşkilatları dəfələrlə bu cür hadisələri pisləyiblər. Müxtəlif qurumlara bu barədə müraciətlərin olunmasına baxmayaraq, belə hadisələrə son qoyulmayıb".

FOTO: Azadlıq radiosu

Hüquq müdafiəçisi Arzu Abdullayeva da məsələdən xəbərdar olmadığını bildirib.

Hüquq müdafiəçisinin fikrincə, belə halları törədənlər məsuliyyətə cəlb olunmalıdırlar: "Bu cür hallar Azərbaycan üçün çox pis nəticələrə gətirə bilər. Ermənilər bundan istifadə edə bilərlər ki, Azərbaycanda insan haqları vəziyyəti necədir”.

FOTO: Sosial media

O, fikirlərinə əlavə olaraq söyləyir: "Yalnız Allah müəyyən edə bilər ki, kimsə yaşasın ya ölsün. Kim olursa olsun insandır. Günahı olsa da, olmasa da cəzaçəkmə müəssisəsində məhbusa qarşı belə bir hərəkət düzgün deyil".

Aytən Zaman
Sosial

20 Yanvar faciəsindən 31 il ötür-FOTOREPORTAJ

Fərqanə Novruzova
20 Yanvar, 2021
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya girib. Rəsmi məlumata görə, Kommunist Partiyasının Birinci katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.  SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olub. Hadisələr nəticəsində paytaxt da daxil olmaqla respublikanın digər rayonlarında 147 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin...
Sosial

Koronavirus statistikası: Azərbaycan

20 Yanvar, 2021
Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumatına görə, son sutkada 12 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.
Seçilmiş Videolar
Menu