Sosial

182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?

Roza Məmmədova
17 Avqust, 2022
249

Açıq mənbələrdən götürülüb

Bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub, bu göstərici ilə Azərbaycan ölkələrin qlobal reytinq siyahısında 121-ci yerdə qərarlaşıb. Halbuki iyun ayında Azərbaycan siyahıda 3 pillə irəlidə idi.

İnformasiyanı sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparan  “Speedtest Global Index” yayıb.

Sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında ilk pillədə Çili (212,98 MB/S), sonuncu pillədə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb. Türkiyə 106, Özbəkistan 86, Qırğızıstan 78, Rusiya 49-cu yerlərdədir. Hazırda müharibə şəraitinin mövcud olduğu Ukrayna isə 61-ci yerdədir.

Azərbaycan mobil internetin sürətinə görə ölkələrin qlobal reytinq siyahısında da 2 pillə geriləyib və 31,21 MB/S sürətlə 60-cı pillədə qərarlaşıb.

https://toplum.tv/sosial/icbari-sigorta-burosuna-novbeti-kiberhucum-olub

Mobil operatorlarla bağlı siyahıda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.

“Azərbaycan internetin sürətinə görə reytiq cədvəlində irəliləməyə başlayacaq”

İnformasiya-Kommunikasiya Texnologiyaları İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov belə düşünür.

Onun fikrincə, Azərbaycanın siyahıda geriləməsinin səbəbi regionlarda genişzolaqlı internetin tam qurulmaması ilə əlaqədardır.

“Bu yaxınlaracan regionlarda genişzolaqlı internet yox idi, ADSL standartı əsasında xidmətlər göstərilirdi. Hazırda ölkədə bu istiqamətində işlər gedir, infrastruktur qurulur. Ancaq onu da başa düşməliyik ki, bu bir günə başa gəlməyəcək”.

Fərid Kazımov - Açıq mənbələrdən götürülüb

2013-cü ildə Azərbaycan  Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ilin sonuna kimi “Hər evə optika” layihəsinin maliyyələşdiriləcəyini demişdi.

“Hər evə optika” layihəsi Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə keçmiş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red. ) tərəfindən həyata keçirilməli idi.

3 ilə nəzərdə tutulan layihədə məqsəd ucqar regionlar da daxil olmaqla, ölkədə genişzolaqlı internetin inkişafı idi.

“İkinci ildən başlayaraq onun ümumi dəyərinin 30-35%-i təkrar investisiya hesabına maliyyələşdiriləcək. Layihənin əsas məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək”, - Ş Mövsümov məsələylə bağlı açıqlamasında demişdi.

Şahmar Mövsümov

Ancaq ötən illər ərzində hətta büdcədə nəzərdə tutulmağına baxmayaraq, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu vəsait ayrılmadı. Nəticədə, ölkədə genişzolaqlı internet problemi də həll olunmamış qaldı..

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov xatırladır ki, yarım il öncə nazirlik 2 il ərzində Azərbaycanın bütün ərazisini sürətli internetlə təmin edəcəklərini bəyan edib.

“Məsələn, paytaxt Bakıda internetlə bağlı problem yoxdur. Çətinlik daha çox bölgələrdə, regionlarda ADSL telefon xətti üzərindən qurulan şəbəkələrdədir ki, burada internet istifadəsində müəyyən məhdudiyyətlər ola bilir. ADSL xətləri ilə heç 31 mb/s vermək belə mümkün deyil.

Azərbaycandan fərqli olaraq, Avropada genişzolaqlı internet şəbəkələri üçün infrastruktur illərdir mövcuddur. Hətta hazırda müharibə gedən Ukraynada internet həmişə sürətli olub. Bu da ölkənin Avropa internet şəbəkələrinə yaxın olması ilə bağlıdır” ,- deyə F. Kazımov bildirib.

Sosial

Azərbaycanlı hərbçinin vəfat etdiyi bildirilir

7 Oktyabr 2022

Rəsmi səhifə

Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Vahid Əlifağa oğlu bu gün səhər saatlarında kəskin ürək-damar çatışmazlığı nəticəsində vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sosial

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi açıqlandı

6 Oktyabr 2022

The Spectator

İsveç Nobel Komitəsi fransız yazıçı Anni Ernonu 2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görüb.  Bu barədə Komitənin "Tvitter" hesabında məlumat verilib.  Anni Ernoya mükafata "şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkar etdiyi cəsarət və klinik kəskinliyə görə" layiq görülüb. Anni Erno 1940-cı ildə Fransada anadan olub. Onun əksərən avtobioqrafik olan ədəbi yaradıcılığı sosiologiya ilə dərindən bağlıdır. O, əsərlərində II Dünya Müharibəsindən başlamaqla 2000-lərin Fransasına nəzər salır. Əsərlər cəmiyyətin təkamülü prosesində bir qadının həyatını əks etdirir.  Erno həm də ədəbiyyat üzrə professordur. 

Seçilmiş Videolar

Toplum TV loqo