Sosial
Havanın temperaturu enəcək
8 İyul, 2020
533
Bakıda və Abşeron yarımadasında iyulun 9-u günün ikinci yarısından 11-i axşamadək şimal-qərb küləyinin 15-18, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu  tədricən 6-8 dərəcə aşağı enəcək.

Bu barədə APA məlumat yayıb.  
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 9-u axşamdan 12-si gündüzədək Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu  düşəcəyi gözlənilir. 

Qərb küləyi 15-20, ayrı ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu  ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Sosial

Peyvənd olunanların sayı açıqlandı

18 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38076 vaksin vurulub. Operativ Qərargahdan iyunun 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14302 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2915954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1908805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 nəfər təşkil edir.
Sosial

Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı açıqlandı

18 İyun 2021

IFEX

Azərbaycandada koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Seçilmiş Videolar