Sosial

İranda koronavirusdan ölənlərin sayı artıb

7 Sentyabr, 2020
495
İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22410  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2152 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 388810  nəfərə yüksəlib. Virus daşıyıcılarından 3733 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  335572  nəfər koronavirusdan sağalıb.
Sosial

Əlillik verilən müharibə iştirakçılarının sayı bilindi

23 Sentyabr 2021

Rəsmi səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu II Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Nazirlikdən bildirilib ki, artıq 2000 nəfərədək müharibə iştirakçısına ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib. "Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən...
Sosial

“İşə götürmürlər, belə çıxır ki, ya oğru olmalıyam, ya da yüngül həyat tərzini seçməliyəm”

Roza Məmmədova
23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Gülnar Niftiyeva Azərbaycanda yaşayan minlərlə işsizdən biridir. 2018-ci ilə qədər həm dövlət, həm də özəl sektorda çalışıb. 3 ildir işsiz olan bu qadın ali təhsilli və təcrübəli olmasına baxmayaraq iş tapa bilmədiyindən evdə oturmağa məhkumdur. Onun sözlərinə görə, Azərbaycanda ali təhsilli insanların əksəriyyəti bu aqibəti yaşayır. “35 yaşdan sonra işə götürmürlər, pensiya yaşı isə 65-dir. Bəs 30 il ərzində vətəndaş nə etməlidir?” Artan işsizlər ordusu Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  işsizlərin sayı 375,9 min nəfər olub. Amma müstəqil ekspertlər reallıqda işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox  olduğunu iddia edir, bildirirlər ki, ölkədə hazırda işsiz insanların sayı təxminən...
Seçilmiş Videolar