Sosial

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

9 Sentyabr, 2020
381
Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz  yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 

Bu barədə APA məlumat yayıb.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  28-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə  isti olacaq.   
 
Sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən  əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Sosial

Əlillik verilən müharibə iştirakçılarının sayı bilindi

23 Sentyabr 2021

Rəsmi səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu II Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Nazirlikdən bildirilib ki, artıq 2000 nəfərədək müharibə iştirakçısına ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib. "Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən...
Sosial

“İşə götürmürlər, belə çıxır ki, ya oğru olmalıyam, ya da yüngül həyat tərzini seçməliyəm”

Roza Məmmədova
23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Gülnar Niftiyeva Azərbaycanda yaşayan minlərlə işsizdən biridir. 2018-ci ilə qədər həm dövlət, həm də özəl sektorda çalışıb. 3 ildir işsiz olan bu qadın ali təhsilli və təcrübəli olmasına baxmayaraq iş tapa bilmədiyindən evdə oturmağa məhkumdur. Onun sözlərinə görə, Azərbaycanda ali təhsilli insanların əksəriyyəti bu aqibəti yaşayır. “35 yaşdan sonra işə götürmürlər, pensiya yaşı isə 65-dir. Bəs 30 il ərzində vətəndaş nə etməlidir?” Artan işsizlər ordusu Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  işsizlərin sayı 375,9 min nəfər olub. Amma müstəqil ekspertlər reallıqda işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox  olduğunu iddia edir, bildirirlər ki, ölkədə hazırda işsiz insanların sayı təxminən...
Seçilmiş Videolar