Açıq mənbələrdən götürülüb
İyul ayından etibarən yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilib.
Bu barədə oktyabrın 25-də Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilir ki, müsabiqənin test imtahanı mərhələsində namizədlərin test və əmək qanunvericiliyi üzrə bilikləri, tənqidi oxu bacarığı və məntiqi təfəkkürü yoxlanılıb. Müsahibə mərhələsində namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilib.
"Müsabiqədə iştirak üçün 1962 namizəd müraciət edib, onlardan 261 nəfəri uğur qazanaraq direktor vəzifəsinə təyin olunub", - məlumatda bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb