Sosial
3712 yeni yoluxma
27 Noyabr, 2020
Baxış: 154
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 109 813 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 69 931 nəfər müalicə olunaraq sağalıb, 1 291 nəfər vəfat edib, aktiv xəstə sayı 38 591 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 402, ümumilikdə isə ölkə ərazisində 1 682 234 test aparılıb.

Sosial

Prezident  Şuşaya xüsusi nümayəndə təyin etdi

27 Yanvar 2021

MediaPost

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndənin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə yanvarın 27-də Prezidentin rəsmi saytı məlumat yayıb. Sərəncama görə, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.
Sosial

Müharibədə ziyan görmüş rayon və şəhərlərdə bərpa işlərinə başlanıldı

27 Yanvar 2021

Press Klub

"Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində bir çox vətəndaşlara, dövlət əmlakına, infrastruktur və sahibkarlıq obyektlərinə xeyli sayda ziyan dəyib. Bu ziyanın aradan qaldırılması və qiymətləndirilməsi üçün Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixində imzaladığı sərəncamla Dövlət Komissiyası yaradılıb”. Bunu yanvarın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib. O bildirib ki, Dövlət Komissiyası nəzdində 11 rayon üzrə 13 İşçi Qrup formalaşdırılıb: “Hər bir İşçi Qrupun tərkibində həmkar qurumların nümayəndələri ilə birlikdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də nümayəndələri təmsil olunub. Qısa müddət ərzində dövlət komissiyası tərəfindən 11 şəhər və rayon ərazisində 10000-dən...
Seçilmiş Videolar