Sosial

55 yaşlı Gülər: "Vaqifi gözləyirəm, gələn kimi qoşulub onunla gedəcəm"

10 May, 2022
727

açıq mənbədən götürülüb

Gülər Əliyeva şəhərdən uzaqda, kiçik bir qəsəbədə dərziliklə məşğuldur.

İş yerinin qarşısına gedirəm, məni gülərüzlə qarşılayıb, otağa dəvət edir.

- İlk baxışda hansı təəssüratı yaratdım sizdə? - qadın sakitcə soruşur:

- Mehriban, səbirli...

Sanki səbirli sözündən xoşu gəlir və başı ilə də təsdiqləyir.

- Nə yazıq ki, mən bu həyatı yaşamışam...

Elə bu sözləri deyən kimi qadının gözləri yaşarır. Təklif edirəm ki, qapıları örtüb, söhbətimizi davam etdirək, icazə vermir. Sanki danışdıqlarını hər kəsə eşitdirmək istəyir. Təsadüf deyil ki, məni də bura özü çağırıb.

Gülərin hekayəsini eşidəndə çox təsirlənmişdim. 40 il başqasını sevən, amma istəmədiyi adamla evli olan qadın, görəsən, necə olur?

Bu sualın cavabına duyduğum maraq məni onun yanına gətirmişdi: “30 ildir ki, evliyəm. 20 ildir ki, uşağımız olmurdu, indi 10 yaşı var. Bilirsinizmi, məcbur qalıb evlənmişəm. Ərimi heç vaxt sevməmişəm. Mənim öz istədiyim olub...”

- Niyə ayrılmısınız?

- O evləndi.

Qadının gözləri bir neçə saniyə yol çəkir. Sonra qayçısını əlinə alıb, qabağındakı parçanı kəsə-kəsə 40 il əvvələ qayıdır:

"Ailədə 11 uşaq olmuşuq, atam müharibə iştirakçısı olub. Heç vaxt kasıblıq nədir, bilməmişik. Böyük pambıq sahəmiz vardı. Ailəlikcə pambıq yığmağa gedirdik. Sahəmizin yanından Kür çayı keçirdi. Qonşu rayonun uşaqları gəlib tez-tez çayda çimir, balıq tuturdular. Bir gün rəfiqəmlə Kürün qırağında oturmuşduq. Gördük ki, 4 oğlan balıq ovlayırlar, ara-sıra da bizə baxıb, söz atırlar. Mən də heç dinc duraram?

Uzunsaçlı, irigözlü, ağbəniz, gözəl bir qız idim. Oğlanlardan birinə cavab qaytardım. O da qayıqla üzüb, biz tərəfə keçdi. Hündürboy, yaraşıqlı oğlan idi, qara saçları üzünə tökülürdü. Baxsan, deyərdin, Müşfiqdir. (şair Mikayıl Müşfiqi nəzərdə tutur) Mənim də ondan xoşum gəldi. Beləcə, 15 yaşımda bir oğlana könlümü verdim. Elə bir eşqə düşdüm ki, illərdir bəlasından xilas ola bilmirəm...”

Gülərlə Vaqifin münasibəti belə başlayıb. Gülər danışır ki, Vaqifi tanıdıqca, onun sevgisini gördükcə, ona daha çox bağlanırmış: “Hər səhər qayıqla biz tərəfə keçirdi, elə gəlirdi, elə görüşürdük ki, heç kəs bizi görmürdü. Sahənin yanında hündür bi ağac var idi. Gəlirdi, ağacın başına çıxırdı, orada oturub saatlarla məni izləyirdi. Sahəyə getmədiyim günlər evimizə gəlirdi. Onlar rayonda yaşayırdılar, biz kənddə, 6 km məsafə vardı aramızda. Gecə saat 12-də, 1-də o qədər yolu gəlirdi, 1-2 dəqiqə məni görüb gedirdi. Həyətimizdə ağac vardı, oturub pəncərədən izləyirdim, ağacın arxasında kölgə olan kimi bilirdim ki, o gəlib. Həm də elə bil qoxusundan bilirdim gəldiyini. Gör aradan nə qədər il keçib, amma onun qoxusu hələ də burnumdadı...”

Gülər 1980-ci illərdən danışır. O vaxt Vaqifin 18 yaşı tamam olur və Xabarovskaya əsgər yola düşür. Gülər isə Bakıda dərzilik kurslarına gedir. Orada Gülərdən başqa bir oğlanın xoşu gəlir, bu da Vaqifin anasının qulağına başqa cür çatır - ona Gülərin başqa oğlanla görüşdüyünü deyirlər. Beləliklə, qadın Gülərlə Vaqifin münsibətinə qarşı çıxır.

“Vaqif əsgərlikdən gəldi, anası olanları buna da danışmışdı. Gecəylə bizə gəlmişdi, mənə dedi ki, anamın qulağına belə söhbət çatıb, amma mən sənə inanıram. Anam evlənməyimizə razı deyil, gəl, qaçaq. Dedim yox, ailənin tək oğlusan, səni onlardan ayıra bilmərəm. Qardaşımı çağırıb onunla da söhbət elədi. Qardaşım dedi ki, bacımın özü bilər. Cibində pul, şəxsiyyət vəsiqəsi də vardı. Qaçmağa hazırlaşmışdı. Dedi gəl, getmədim...” - belə deyir Gülər.

- Peşmansınız?

- Çox. Öz həyatımı da məhv elədim, onunkunu da...

Gülər bunu deyib sakitcə ağlayır. Bu vaxt qapı döyülür. Gülərin müştərilərindən biridir, tikdirdiyi paltarı götürməyə gəlib. Gülər tez gözlərini silib, üzünə xəfif gülüş qondurub, müştərini qarşılayır:

- Boy, sən niyə ağlayırsan, ay Gülər? Sənə deməmişəm pozitiv ol?

- Mən həmişə pozitivəm.

Gülər tikdiyi paltarı verib, müştərini yola salır.

“Pozitivəm deyirəm ha, bəlkə də, mənim qədər həyatından, taleyindən küskün insan yoxdur. Amma onu bildirmirəm, hamıelə bilir ki, xoşbəxtəm. O qədər pozitivəm ki, oynayaram, gülərəm, şənlənərəm, amma bu boyda yaram var", - əliylə ürəyini işarə edir.

"Bu gündən sonra da o yara çətin bağlanar", - deyə kövrəlir Gülər.

Gülər dərindən nəfəs alır və qaldığımız yerdən söhbətimizə davam edirik: “Sonra o evləndi. Məktəbdə işləyən bir qız vardı, anası onu aldı. Məni də istəyənlər vardı, amma hamsına bir söz tapırdım. Nə qədər elçi gəlirdi, hamasına “yox” deyirdim. Axır bir gün atam dedi ki, nə qədər elçi qaytaracağıq. Birini seç, get. Sonra bu (ərini nəzərdə tutur) çıxdı qarşıma. Qardaşım evlənmişdi, yoldaşı deyingən idi, hər gün evdə söz-söhbət olurdu. Axır bezdim, dayımın məsləhət bildiyi ailənin oğluna “hə” dedim. Cəmi 10 gün nişanlı qaldıq. Toyum 1993-cü ildə oldu. Onda kəndimizə Qarabağdan şəhid gəlmişdi. Mənim bəxtim elə əvvəldən qara gəlib. Dedim, kəndə şəhid gəlib, ayıbdır, toy təxirə düşsün, amma gec idi”.

Gülər söyləyir ki, evləndiyi gündən problemləri başlayıb. Həyat yoldaşı mərc oyunlarında xeyli pul uduzub, qadın da işləyib evə baxmalı olub: “Biz 30 ildir ki, evliyik, bir dəfə də olsun, onunla eyni yorğanın altına girməmişəm. Eyni çarpayıda yatırdıq, onun öz yorğan-mələfəsi vardı, mənim də özümün. Uşaq dünyaya gələndən sonra ümumiyyətlə, yerlərimizi də ayırdıq. Dəfələrlə boşanmaq istədim, amma ailəmi düşünüb, eləmədim”.

- Vaqifdən xəbəriniz varmı bəs?

- Ailəsi dağılıb. Bir-iki dəfə görmüşəm onu. Mən müalicəyə gedirdim, yolda qabağıma çıxmışdı. Dedi ki, müalicə alma, boşan, gec deyil. Hələ bir dəfə də evimizə gəlmişdi. Hamama düşəndə pilləkənlərin üstündə gül gördüm. Bilmədim kim qoyub. Başımı qaldıranda bunu gördüm. Qapımızın arxası bağlı olub, hasardan atlanıb, keçib. Qocalmışdı, baxımsız idi. Amma hələ də yaraşığını qoruyub saxlamışdı və hələ də gözümdə 16 yaşındakı o cavan idi. Dedi, gəl gedək, mən sənsiz qala bilmirəm. Razılaşmadım. Ailəmi, ata-anamın ad-sanını düşündüm. Yenə eyni səhvi elədim...

Gülər danışır ki, Vaqif boşanmazdan bir müddət əvvəl Rusiyaya işləməyə gedib, orda isə həyat tərzi tamamilə dəyişib: “Vaqifgilin qonşusu rəfiqəmdir, arada ondan soruşurdum. Deyirdi ki, Rusiyada pis yola düşüb, işlədiyini qazanıb, içkiyə verib. Bura qayıdanda da arvadı, uşağı evdə ola-ola götürüb evlərini yandırıb... Sonra arvadı boşanıb bundan. Bunu də həbsə atıblar. İndi bilmirəm, həbsdən çıxıb, ya yox. Onu mən bədbəxt elədim. Heç vaxt özümü bağışlamayacağam”.

İndi Gülərin tək təsəlləsi Vaqifin ona verdiyi sözdür.

Vaqifdən illərlə xəbər ala bilməsə də, onu gözləyir. Gözləyir ki, bu dəfə onun təklifini rədd etməsin: “Mənə dedi ki, ölümümə bir gün də qalsa, sənin yanına gələcəyəm. Onsuz da nə mən, nə də uşağım xoşbəxtdir. Ərimdən boşanacağam. Vaqifi gözləyəcəyəm. Bilirəm ki, gələcək. Mən də onunla gedəcəyəm. Elə bilirəm, onunla hələ bir ömür yaşayacağam...”

Yazıdakı şəxslərin adları qəhrəmanın istəyilə dəyişidirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo