Açıq mənbələrdən götürülüb
Bu gün altı abituriyent mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, iyulun 6-sı DİM III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
“Respublikanın 12 şəhər və rayonunda təşkil edilən imtahan üçün 70 bina, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi cəlb edilib”, - deyə DİMin mətbuat xidməti əlavə edib.
İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 21 nəfəri fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent olub.
Qəbul mtahanında istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları gün ərzində DİMin sosial şəbəkə hesablarında və saytında yerləşdiriləcək.
İmtahanda istifadə olunmuş açıq tipli tapşırıqların nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir