Sosial

80-dən çox it saxlayan Nailə Rüstəmli: “İcra Hakimiyyəti bizə dəstək vermir” 

17 İyun, 2021
1221

Sosial Media

Budəfəki müsahibimiz heyvansevər Nailə Rüstəmlidir.  
 
O, Mia adlı üç ayağı kəsilmiş pişiyin həyata qayıtmasında ciddi səy göstərib və bu, qısa zamanda onun sosial şəbəkədə tanınmasına səbəb olub. 
 
Hazırda 80-dən çox it saxladığını deyən heyvansevər fəaliyyəti ilə bağlı  “Toplum TV”-yə danışıb. 
 
- Nailə xanım, heyvansevər kimi nə vaxtdan fəaliyyətə başlamısınız? 
 
- 2015-ci ildən bu işlə məşğulam. Əvvəlcə Bakıda yerləşən heyvan sığınacaqlarında könüllü çalışdım. Sonra bir sığınacağın bağlanması ilə oradakı itlər ortada qaldı. Təxminən 20 it vardı və mən onların hamısını götürdüm. Onlara baxa-baxa sayları artmağa başladı. Bəzilərini sahibləndirdim, yerlərinə xəstə itlər gəldi və getdikcə daha da çoxaldılar. İndi isə yaşadığım yerdə hamı bilir ki, itlərə yardım göstərirəm. Hər kəs xəstə it tapan kimi mənim yanıma gətirir. Xaçmazın Sixaput kəndində yerləşən bu sığınacaqda hazırda 80-dən çox it var. 

Toplum.TV

- Sığınacaq sadəcə itlər üçün nəzərdə tutulub? 
 
- Bəli, sığınacaq itlər üçündür. Bir neçə pişiyi isə məcburiyyətdən götürüb evdə saxlayıram. Mianı da tapmışdım və evtanaziya edilməsin deyə özümlə götürmüşdüm. Hazırda Mia İstanbuldadır və bu ayın sonunda yeni ayaqları ilə Azərbaycana gələcək. Mia Azərbaycanda ilk heyvandır ki, bioprotezlə yaşayacaq.  
 
- Dəstək üçün hansısa rəsmi quruma müraciət etmisiniz?  

 
- Yerli icra hakimiyyətinə müraciət etmişik ki, bizə torpaq verilsin, amma vermirlər. Biz də məcbur olaraq ictimaiyyətdən dəstək alırıq. Dəfələrlə təklif etmişik ki, rayondaki itlər qısırlaşdırılsın, ona da razı olmayıblar. İtlər onlar üçün küçədəki zibil problemi kimidir. Özləri də bunu ifadə edirlər. Mən icra başçısının müavini ilə görüşüb yardım istəyəndə demişdi ki, bizim zibilləri yığmağa büdcəmiz yoxdur, o ki qaldı itlər üçün. Bələdiyyə və icra hakimiyyəti dəstək olmaq bir kənara, sadəcə, maneə törətməklə məşğuldur. Hazırda hava çox istidir, bizim isə su və işığımızı kəsiblər. Uzaq kənd olduğu üçün hava küləkli olanda bu cür problemlər baş verir. Bu istidə itləri sulamaq lazımdır, yoxsa pis hala düşürlər. Bütün bunlarla əlaqədar beynəlxalq heyvan haqları qoruma təşkilatlarına da müraciət etmişik, nəticələrini gözləyirik. 

Toplum.TV


 
- Azərbaycanda tez-tez heyvanların şiddət gördüyü və öldürüldüyü ilə bağlı faktlar ortaya çıxır. Mia da bunun bir örnəyi idi. Bunun səbəblərini nədə görürsünüz? Ümumiyyətlə, insanlarda heyvanlara qarşı sevgini formalaşdırmağın yolları nədir? 
 
- Səbəbləri içində öncəliklə insanların heyvanlara qarşı mərhəmətsiz və məlumatsız olmaları yer alır. Uşaqlıqdan insanlara heyvanlarla münasibətdə qorxu və növçülük aşılandığı üçün onlar heyvanlara şiddət göstərirlər. İkinci böyük səbəb isə dövlət orqanlarının bu mövzuda heç bir fəaliyyət göstərməməsidir. Küçədəki it və pişiklərin sayını balanslaşdırmaq üçün onlar qısırlaşdırılmalı, heyvansevər qurumlara dəstək verilməlidir. İnsanları isə maarifləndirmək lazımdır. Məktəb və ictimai yerlərdə məlumatlandırıcı layihələr həyata keçirilməlidir. 

Toplum.TV

- Heyvansevər fəaliyyətinizlə bağlı gələcəkdə hansı işləri görməyi düşünürsünüz? 
 
- Gələcək üçün planım hələ ki öz təhsilimdir, baytarlıq oxuyuram. Yaxşı baytar olub, daha çox heyvana yardım edə biləcəyim klinika açmağı planlaşdırıram. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo