Sosial

AB - Azərbaycan qaz sazişi: Ekspertlər beş ildən tez olmayacağını deyir

Vüsalə Mikayıl
15 İyul, 2022
911

Açıq mənbələrdən götürülüb

Avropa Rusiyadan yan keçəcək yeni qaz tədürükü layihəsində Azərbaycana tərəfdaşlıq təklif edir. Rusiyanın Ukrayna ilə başladığı işğalçı müharibə sonrası daha kəskin şəkildə ortaya çıxan siyasi şərtlər Azərbaycanın qaz ixracatçısı kimi rolunu önə çıxarıb, amma ekspertlərin rəyi budur ki, Bakı yaxın perspektivdə Avropanın dərdinə dərman ola bilməyəcək.

Avropa Komissiyası Azərbaycanla bağlamaq istədiyi sazişlə Avropa Birliyi ölkələrinə təbii qaz idxalının artırılmasını və bunu dəstəkləyəcək boru kəmərinin genişləndirilməsini istəyir.

"Reuters" yazır ki, anlaşma memorandumu layihəsi Avropa İttifaqının Ukrayna müharibəsindən sonra Rusiya qazından asılılığı azaltmaq səylərinin bir hissəsidir:

“Tərəflər kommersiya imkanlarına və bazar tələbatına uyğun olaraq, 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracını və təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışırlar”.

https://toplum.tv/iqtisadiyyat/qarabagin-yasil-enerji-zonasina-xarici-investorlar-celb-etmek-ne-qeder-realdir

Ekspert Kəmalə Mustafayeva Azərbaycanın Avropanı qazla təmin etmək üçün hələ ki, kifayət qədər qazının olmadığını söyləyir. Amma qonşulardan və yeni yataqlardan tədarükün mümkün olduğunu əlavə edir:

“Türkmənistan və İrandan alınan qazın hesabına bunu etmək mümkündür. Yeni yataqların işlənməsinə də ümidlər böyükdür. İrandan keçən kəmər artıq işə salınıb və Türkmənistandan qaz almağa başlamışıq. İranın qazın həcmi atırmaq vədi var, Türkmənistanla da danışıqlar aparılır”.

Kəmalə Mustafayeva - Sosial Media

Ekspertlərin qənaətincə, qazın ünvana qədər gedib çatması üçün böyük sərmayələrə ehtiyac var. İnvestisyalar TAP və TANAP kəmərlərinin ötürücülük qabiliyyətini , həm də qaz hasilatını artırmağa yönəldilməlidir.

TANAP-ın ötürücülük qabiliyyəti 16,2 milyard kubmetrə yaxındır. Bunun təkcə üçdə biri Türkiyənin payına düşür.

İqtisadçı Qubad İbadoğlu TANAP-ın  ötürücülük qabiliyyətinin 31 milyard kubmetrə qədər artırıla biləcəyini söyləyir. Daxili hasilatın artırılması üçün isə “Abşeron” yatağına əlavə sərmayə qoyula bilər:

“Bu yataqdan, “Şahdəniz-2” yatağından qaz hasil etmək daha perspektivlidir. Bu da bir neçə il davam edəcək prosesdir. Tələb olunan kifayət qədər böyük investisyanı isə Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kreditləri hesabına təmin etmək olar. TAP və TANAP-ın da səhmdarlarının sərmayə qoymaq ehtimalı var”.

Qubad İbadoğlu - Sosial Media

Almaniyanı qazla təmin edən “Şimal axını 1” boru kəmərində təmir işlərinin başlaması nəticəsində bu həftə Rusiya qazının tədarükünün kəsilməsilə bağlı narahatlıq daha da artıb. Hökumətlər və şirkətlər Moskvanın tədarükün kəsilmə müddətini uzada biləcəyi barədə xəbərdar ediliblər.

“EUobserver” Azərbaycan və Avropa tərəfinin iyulun 19-da Brüsseldə danışıqlar üçün görüşməyə razılaşdığını yazır.

İyulun sonunda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Bakıya səfəri gözlənilir. Səfər çərçivəsində layihəni hökumətlə müzakirə etmək planlaşdırır.

https://toplum.tv/iqtisadiyyat/avropa-bakidan-elave-qaz-isteyir-azerbaycanin-ixrac-imkanlari-ne-qederdir

Qubad İbadoğlu Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün alternativlərinin məhdud olduğunu söyləyir:

“Baha başa gəlsə də, Avropa belə layihələrdə maraqlıdır. İqtisadi baxımdan yaxşı sərmayə olmasa da, siyasi tərəfdən perspektivi var. Amma Avropa Rusiyadan imtina etdiyi qazın ancaq 10-15 faizini Azərbaycan hesabına təmin edə biləcək”. 

Razılaşma və sərmayə olarsa, ən yaxşı halda beş il ərzində Avropa Azərbaycan qazı hesabına isinə biləcək. Amma Qərbə indikindən əlavə 10 milyard kubmetr qaz göndərilməsi nəzərdə tutulandan daha uzun müddətə, hətta 2030-cu ilə qədər də uzana bilər. Brüssel isə qazdan istifadəni 2030-cu ildən sonra azaltmağı planladığını dəfələrlə bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo