Sosial

Abid Qafarovun həbsiylə bağlı hüquq müdafiə təşkilatları bəyanat yaydı

Vüsalə Mikayıl
14 İyul, 2022
688

Açıq mənbələrdən götürülüb

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" və "İnsan Hüquqları və Qanunların Təbliği" hüquq müdafiə təşkilatları ictimai fəal Abid Qafarovun həbsi ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda A.Qafarovun həbsinin sifarişli olduğu qeyd edilib.

“Hüquq müdafiə təşkilatları olaraq hakimiyyəti vətəndaşların azad söz-ifadə və siyasi fəaliyyət hüquqlarını tanımağa dəvət edirik. Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə aparılan məhkəmə prosesi kobud qanun pozuntuları şəraitində keçib və müdafiə tərəfinə öz arqumentlərini təqdim etmək üçün heç bir imkan yaradılmayıb. Bununla da Konstitusiyanın vətəndaşlara tanıdığı müvafiq hüquq kobudcasına pozulub”.

Bəyanatda bu həbsin əvvəllər Tərtər cinayətinin fəal araşdırmaçısı İlham Aslanoğluya tətbiq edilmiş sifariş motivli həbs cəza kompaniyasının davamı olduğu qeyd edilir:

“Hər iki işin təhlilində nəzərə çarpan absurd məqam  budur ki, müttəhimlərin çıxışlarına istinad edilərək təhqir və böhtan kimi dəyərləndirilən ifadələrində ittihamçıların şəxsinə yönəlik heç bir ad çəkilməyib, konkret ünvan göstərilməyib, yalnız ümumi frazalardan istifadə edilib. Təəssüflə qeyd edirik ki, “Tərtər işi” cinayətinin araşdırılmasında, işıqlandırılmasında xüsusi fəallıq göstərən ictimai-siyasi fəalların ard-arda həbs edilməsi ölkənin hüquq və məhkəmə sisteminin xüsusi təhdid şəbəkəsinin təsirində olduğu qənaətini yaradır”.

Son olaraq ölkə rəhbərliyinin Azərbaycan Konstitusiyasına və beynəlxalq konvensiyalardan irəli gələn təməl insan hüquqlarını tanımağa və siyasi motivlər əsasında həbs edilmiş bütün ictimai-siyasi fəalların azadlığa buraxılmasını təmin etməyə dəvət olunub.

İyulun 13-də “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Abid Qafarov 1 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

Vəkil Elçin Sadıqov jurnalistlərə deyib ki, ekspertizanın rəyi saxta olub: “Sifariş əsasında hazırlanmışdı. Hesab edirik ki, məhkəmə də sifarişlə qurulmuşdu”.

Abid Qafarovu məhkəməyə verən bir qrup Qarabağ qazisi olub.

Onların iddiasına görə, Abid Qafarov mayın 27-də Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri “müti” adlandırmaqla onları təhqir edib.

Ancaq sonradan həmin qazilər məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq olub, onlar daha Abid Qafarovdan şikayətçi deyillər.

Onlar iddialarını geri götürməklə bağlı ərizə də yazıblar. Buna baxmayaraq, hakim Tərlan Əkbərov icraatındakı bu işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Abid Qafarov "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Stiven Siqalın oğlu Rusiya vətəndaşı oldu

24 Mart 2023
Amerikalı aktyor Stiven Siqal və oğlu Dominik “Beş element” şirkətini Rusiyada qeydiyyatdan keçiriblər.  RBK portalının Hüquqi şəxslərin vahid dövlət reyestrinə istinadən yaydığı xəbərdə belə deyilir. Məlumatlara görə, 33-yaşlı Dominik Siqal da atası kimi Rusiya vətəndaşlığı alıb. Nizamnamə sənədləri “Beş element” şirkətinin uşaqlar üçün içməli su və alqokolsuz içki istehsalı üzrə ixtisaslaşdığını göstərir. Onun hüquqi ünvanı isə Moskvada Matrosskaya Tişina küçəsi göstərilib. Stiven Siqala 2016-cı ildə vətəndaşlığı şəxsən Prezident Vladimir Putin təqdim edib. Kreml bəyan edib ki, Rusiya prezidentinə, Ukraynanın Krımı ilhaq etməsinə açıq dəstək bildirən aktyor “uzun müddət müvafiq xahişlə müraciət edib”. İki il sonra Siqal fərdi sahibkar kimi qeydiyyatdan...
Sosial

Oqtay Əliyev yol qəzasında həyatını itirdi

22 Mart 2023
Əməkdar mədəniyyət işçisi, televizya prodüseri, rejissor Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.  Report xəbər verir ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.  Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, mərhumun həyat yoldaşı əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. Hadisənin Abşeron rayonu ərazisində baş verdiyi bildirilir. TƏBİB-dən verilən məlumata görə, hadisə zamanı xəsarət alan Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib...

Seçilmiş Videolar

Toplum TV loqo