Sosial
ABŞ-da koronavirus qurbanlarının sayı artıb
26 Mart, 2020
284
ABŞ ərazisində koronavirusun səbəb olduğu xəstəliyin qurbanlarının sayı 1 000 nəfərdən çoxdur.

"Report”un məlumatına görə, bununla bağlı göstərici ölkədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin xəbərlərində yer alıb.

Universitetin informasiyasına görə, Birləşmiş Ştatlarda xəstəlikdən qeydə alınmış ölüm hallarının sayı 1 031 təşkil edir. Ölkədə koronavirusa 68 572 yoluxma qeydə alınıb.

Koronavirus ilk dəfə 2019-cu ilin sonunda Mərkəzi Çində, Uhan şəhərində qeydə alınıb. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

Dünyada koronavirus qurbanlarının sayı 18 min nəfərdən çoxdur. Virusa yoluxanların ümumi sayı 414 179 nəfərdir. 
Sosial

Peyvənd olunanların sayı açıqlandı

18 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38076 vaksin vurulub. Operativ Qərargahdan iyunun 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14302 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2915954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1908805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 nəfər təşkil edir.
Sosial

Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı açıqlandı

18 İyun 2021

IFEX

Azərbaycandada koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Seçilmiş Videolar