Sosial

ABŞ Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir

1 Sentyabr, 2021
197

Getty Images

ABŞ Ukraynanın NATO-ya üzv olmaq səylərini dəstəkləyir.

"RİA Novosti" xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə və Avro-Atlantikaya doğru səylərinə dəstəyimiz sarsılmazdır”, - müdafiə naziri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə deyib.

Ostinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna ilə müdafiə sahəsində çərçivə sazişi imzalamağa hazırlaşır, sazişin hədəflərindən biri Rusiya təcavüzünü durdurmaq üçün Ukraynanın dəstəklənməsidir. Razılaşma həm də “Ukraynanın NATO-ya üzvlük iddialarını dəstəkləmək üçün zəruri olan ordu islahatlarını”,  kiber məkanda və Qara dənizdə əməkdaşlığı nəzərdə tutur.

Nazir bəyan edib ki, Moskva Ukraynanın cənub-şərqindəki konflikti dəstəkləməyi dayandırmalıdır.

Ukraynanın NATO-dakı nümayəndəsi Aleksandr Vinnikov daha əvvəl bildirmişdi ki, Şimali Atlantika müqaviləsi ərazisində hərbi əməliyyatlar gedən ölkənin alyansa üzvlüyünü qadağan edən müddəaya malik deyil. O deyib ki, NATO-nun bütün üzvləri yeni üzvün onun təhlükəsizliyini möhkəmləndirdiyinə əmin olmalıdır, buna görə də qərar kollektiv şəkildə qəbul olunur.

Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə görüşmək üçün avqustun 31-də öz xanımı Yelena ilə Vaşinqtona gedib.

Sosial

İşıq və qazın qiyməti qalxdı – hökumət əhaliyə hələ ki, vəd verir

Vüsalə Mikayıl
18 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

“Yeni tarif qaydaları bütün xidmətlərin, məhsulların qiymətlərində öz əksini tapacaq. Bütün məhsulların maya dəyərində enerji xərcləri mütləqdir və bu, zəncirin bir halqasıdır”. Bunu iqtisadçı ekspert Rəşad Həsənov qaz və elektrik tariflərinə tətbiq edilən yeni qiymət artımını “Toplum TV”-yə şərh edərkən deyib. Oktyabrın 16-da Tarif Şurasının verdiyi qərara əsasən, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi. Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb. Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minəcək. “Ancaq öz...
Sosial

Baş Prokurorluqdan Sənay Yağmurun işiylə bağlı açıqlama

18 Oktyabr 2021

Sosial Media

Baş Prokurorluq 2004-ci il təvəllüdlü qızın cinsi təcaüzə məruz qalması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən oktyabrın 18-də verilən məlumata görə, Sənay Yağumurun (Qəhrəmanlı) cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi isə İstintaq idarəsinə həvalə edilib. "Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Baş Prokurorluq tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan  həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməmiş...
Seçilmiş Videolar