Sosial

Açıq havada siqaretə görə cərimə tətbiq olunacaqmı?

23 Noyabr, 2020
952
DİN xəbərdarlığın tövsiyə xarakterli olduğunu deyir.

Koronavirusla bağlı karantin qaydalarının sərtləşdirilməsi və məhdudiyyətlərin tətbiq edilməsi gündəmdədir. Belə ki, açıq havada maska taxmaq məcburiyyəti özü ilə birlikdə başqa bir məhdudiyyət də gətirib. 

Daxili İşlər Nazirinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun açıqlamasına görə, bu məhdudiyyət açıq havada maskasını çıxarıb siqaret çəkənlərə də şamil ediləcək.

Onun sözlərinə görə, maskanı çıxaranların inzibati qaydada cərimə olunması gözlənilir: "Açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir”.

"Toplum TV” mətbuat xidmətinin bu sözlərinin hüquqi baxımdan qiymətləndirilməsi və karantin dövründə bu cür məhdudiyyətlərin tətbiq edilməsinin hansı qanunvericiliyə əsaslandığı ilə bağlı ekspertlərin fikirlərini öyrənib. 

Hüquqşunas Emin Abbasov bildirib ki, bu açıqlama qanuna uyğun deyil: "Siqaretin qadağan olunduğu yerlər inzibati xətalar məcəlləsində və tütün məmulatlarının məhdudlaşdırılması haqqında qanunda konkret siyahı ilə göstərilib. Bu siyahıda qeyd olunan yerlərdə tütün məhsullarından istifadəyə görə cərimə 100 manatdır. Xüsusi yerlər istisna olmaqla digər yerlərdə siqaretə qoyulan qadağanın pozulması halında cərimənin məbləği isə 30 manatdır. Açıqlamada qeyd olunan 100 manatın nəyi əhatə etdiyi qeyri-müəyyəndir. Siqaretin qadağan olunmadığı yerlərdə inzibati orqanların qanuna uyğun olmayan şərhləri nəticəsində bu qanunun bütün situasiyalara tətbiqi qanunvericiliyə ziddir və belə bir məhdudlaşdırma ola bilməz”.


Vəkil Fariz Namazlı da bununla bağlı hansısa məsuliyyət tədbirinin tətbiqini qanuna uyğun saymır: "İctimai yerlərdə maska taxmağın məcburi olması o demək deyil ki, insanlar hər yerdə maska ilə gəzməli və oturmalıdır. Bu məntiqlə gərək insanlar kafe, restoranlarda da yemək yeməsin. Siqaret çəkməyin qadağan olunmadığı yerlərdə vətəndaşlar siqaret çəkə bilər və buna görə hər hansı məsuliyyət tədbirləri görülə bilməz”.  

DİN Mətbuat xidmətinin ikinci yaydığı açıqlamada isə bildirilir ki, bu, sadəcə, tövsiyə xarakterli xəbərdarlıqdır. 

Belə ki, bu qadağa insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə, növbə sıralarında keçərlidir. 

Açıqlamada bildirilir ki, parklarda, insanların sıx toplaşmadığı yerlərdə siqaret çəkmək, su içmək, qida qəbul etmək olar: "Tövsiyə olunur ki, siqaret daha çox siqaret çəkmək üçün müəyyənləşdirilmiş yerlərdə çəkilsin. Küçədə, insanlardan kənarda siqaret çəkənlər cərimə olunmur. Əvvəl yayılan məlumatlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün tövsiyə xarakterli xəbərdarlıqlardır".

Noyabrın 21-dən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə bağlı açıq havada maska taxmaq məcburidir. Buna əməl etməyənlər 100 manat məbləğində cərimə olunacaqlar.

Qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Azərbaycanda indiyədək ümumilikdə 89 898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib.

Son rəsmi məlumata görə, aktiv xəstə sayı 26548 nəfərdir. Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Nigar Səmədli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo