Sosial

Ağciyər Xəstəlikləri İnstitutunda vəziyyət acınacaqlıdır

27 İyun, 2020
1109
Ağciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub.

Son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva, Kərimova Jalə, Fazilə, Səba, Aygün, Şəlalə və Pərvanə adlı təmizlik işçisində (sanitarka) COVİD-19 aşkarlanıb. Yoluxanlar çalışdıqları institutda müalicə alırlar. 

Ağciyər Xəstəlikləri İnstitutunun bir müddət əvvəl yoluxan 70 yaşlı əməkdaşı, bronxoloq Faiq Ağayev hazırda ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında yatır. Vəziyyəti çox ağırdır. Ölüm təhlükəsi var.

Ağciyər Xəstəlikləri İnstitutunda baş verənləri araşdıran ictimai vəkil Samir Zeynalov BAKU.WS-ə açıqlamasında vəziyyətin acınacaqlı olduğunu bildirib: 

"İndiyədək institutun 20-yə yaxın işçisi koronavirusa yoluxub. Çünki müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil. Məndə olan məlumata görə, yoluxanların bir çoxları xəstə olduqları halda işlərinə davam edir. Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb, anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir. Yoluxanlardan birinin hamilə olduğu bildirilir.

Qeyd edim ki, Faiq Ağayevin 70 yaşı var. 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağan olunduğu bir ərəfədə o işə çıxıb və nəticəsi göz qabağındadır.
 
arqument.az
İnstitutda virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqlar və laqeydlik mövcuddur. Tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkir. Bu isə onların və virusun yoluxma riskinin artması baxımından bir çox insanların həyatının təhlükə qarşısında qalması deməkdir. İnstitutda tibb işçiləri arasında yoluxma hallarının ciddi şəkildə artmasının səbəbi məhz bu amildir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında məsələyə aydınlıq gətirib: 

"İnstitutdan mənə verilən məlumata görə, yoluxanlar COVİD-19 xəstələri ilə işləməyən əməkdaşlardır. İlk olaraq texniki işçilər arasında yoluxma baş verib. Onlar da xəstəxanadan kənarda yoluxublar. Həmin yoluxanlar virusu xəstəxanaya gətiriblər və təmas nəticəsində əməkdaşlar arasında yoluxma baş verib. Bəli, işçilər arasında yoluxma var, amma buna kütləvi yoluxma demək olmaz".   
 
arqument.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo