Açıq mənbələrdən götürülüb
Həbsxanada aclıq aksiyası keçirən Cabbar Cabbarovun vəziyyəti kəskin pisləşib, o, qan qusmağa başlayıb və həbsxana xəstəxanasına yerləşdirilib.
Bu barədə “Müsəlman Birliyi” Hərəkatından "Turan"-a bildirilib.
Penitensiar Xidmət aclıq aksiyası barədə məlumatı şərh etməyib, ancaq Cabbarovun müalicə müəssisəsinə köçürüldüyünü təsdiqləyib.
“Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Tale Bağırzadə 7-ci gündür ki, Qobustan həbsxanasında aclığı davam etdirir. Hərəkatın digər üzvləri və dindarlar onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar. Onlar polisin işgəncə tətbiq etdiyini və hüquq-mühafizə orqanları əməkdaşlarının Allaha küfür etdiyini deyərək etiraz edirlər.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də mətbuat konfransında təhlükəsizlik qüvvələrinin işgəncələri və Allahı təhqir etdikləri barədə danışıblar.
Məlumata görə, Bağırzadə ilə yanaşı, təşkilatın üzvləri Abbas Hüseyn, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Gəncə işi üzrə mühakimə olunmuş Firudin Zeynalov və jurnalist Polad Aslanov aclığı davam etdirirlər.
Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?