NTV
Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həyatını itirən "Motsart" gəmisinin mühəndisi, Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.
Türkiyə mətbuatının yanvarın 27-də yaydığı məlumata görə, Fərman İsmayılovun cənazəsi əvvəlcə Türk Hava Yolların məxsus təyyarə ilə Qabondan İstanbula gətirilib, oradan da Azərbaycana göndərilib.
Yanvarın 23-də Türkiyə şirkətinə məxsus və Liberiya bayrağı ilə üzən "Motsart" adlı gəmi Nigeriyanın Loqos şəhərindən 180 km. aralıda dəniz quldurlarının hücumuna məruz qalıb.
Məlumata görə, gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur. Məsələ ilə əlaqədar olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan tərəfinə başsağlığı verib.
Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”
"Report"
Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”
APA
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”