Sosial

Ağdamda Qarabağ Universiteti yaradılır

7 İyun, 2021
62

Sosial Media

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində yaradılacaq Qarabağ Universiteti haqqında açıqlama verib.

E.Hüseynov “Report”a bildirib ki, Ağdam şəhərinin Baş Planında təhsil məhəlləsi üçün yer ayrılıb:

“Baş Planda nəzərdə tutulub ki, bölgədə böyük bir Qarabağ Universiteti məhz Ağdam şəhərində yaradılsın. Bununla yanaşı, müxtəlif texniki peşə məktəblərinin və liseylərinin də inşası nəzərdə tutulur. Bütün bunların konsepsiyası hazırda işlənilir və hazır olduqca ictimaiyyətə təqdim olunacaq”.

Sosial

Peyvənd olunanların sayı açıqlandı

18 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38076 vaksin vurulub. Operativ Qərargahdan iyunun 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14302 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2915954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1908805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 nəfər təşkil edir.
Sosial

Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı açıqlandı

18 İyun 2021

IFEX

Azərbaycandada koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Seçilmiş Videolar