Sosial

AMEA-nın yeni prezidenti məlum oldu

25 Oktyabr, 2022
499

Açıq mənbələrdən götürülüb

İsa Həbibəyli Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezidenti seçilib.

AMEA-nın ümumi yığıncağında keçirilən seçkidə 41 nəfər iştirak edib. 40 nəfər İsa Həbibbəylinin lehinə səs verib, 1 səs etibarsız sayılıb.

AMEA-ya bundan əvvəl rəhbərlik edən Ramiz Mehdiyev vəzifəsindən azad olunması ilə bağlı bu il fevralın 14-də ərizə yazmışdı.

https://toplum.tv/sosial/amea-qalsin-ya-qalmasin-problemi-ramiz-mehdiyev-getirmemisdi-o-da-aparmayacaq

AMEA-nın prezidenti vəzifəsini müvəqqəti olaraq birinci vitse-prezident Arif Həşimov icra edirdi. 

İsa Əkbər oğlu Həbibbəyli 1949-cu ildən anadan olub. 

O, 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olub. 

İ. Həbibbəyli həmçinin III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olub. Hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

1996-cı ildən isə Yeni Azərbaycan Partiyasının üzvüdür.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo