Sosial

AMEA qalsın, ya qalmasın? - “Problemi Ramiz Mehdiyev gətirməmişdi, o da aparmayacaq”

17 Fevral, 2022
1067

Rəsmi səhifə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında gedən müzakirələr fonunda qurumun gələcək fəaliyyəti də gündəmə gəlib. Akademiyanın sadəcə islahata ehtiyacı olduğunu söyləyənlər də var, onun ləğvini istəyənlər də.

Bəs Elmlər Akademiyası Azərbaycana lazımdırmı? “Toplum TV”-nin əməkdaşı bu suala cavab axtarıb.

“Hamı elə bilir ki, Akademiyada oturub, heç bir iş görmürük”

AMEA-nın Elm Tarixi İnstitutunun katibi Zaur Əliyev söyləyir ki, qurumun bağlanmasını istəyənlər əvvəlcə onun keçdiyi yola baxsınlar. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsi dövründə Elmlər Akademiyasının alimləri olmasaydı, SSRİ qalib gələ bilməyəcəkdi, bu günsə burda həmin alimlərin qoyduğu irsi davam etdirən elm adamları var.

“Akademiya haqqında hərə bir söz deyir, amma heç kəs gəlib içərisinə baxmır ki, burda nə iş gedir? Bu gün Elmlər Akademiyası olmasa, Qarabağla, ermənilərlə, sosial-iqtisadi problemlərlə bağlı tədqiqatlar aparılmayacaq. Heç bir universitetdə tədqiqat işləri getmir”.

Zaur Əliyev – Açıq mənbələrdən götürülüb

Zaur Əliyev hesab edir ki, Elmlər Akademiyasının fəaliyyətinin tənqid edilməsi cəmiyyətin burdakı proseslərdən xəbərsiz olması ilə bağlıdır.

“Azərbaycan alimlərinin xaricdə kifayət qədər məqalələri çap olunur. Təkcə bizim institutumuz Azərbaycanda 5 fundamental elmin – astronomiya, kimya, fizika, coğrafiya, biologiya tarixi haqqında oçerklər hazırlayır. Bu kitablar universitetlərdə, məktəblərdə dərslik kimi istifadə olunmalıdır. Nəsrəddin Tusinin əlyazmalarını Şərq ölkələri içərisində ilk dəfə biz tərcümə edib ortaya çıxarmışıq. “Kitabi-Dədə Qorqud”un 13-cü nüsxəsi tərtib olunub. Bizim jurnalımız olan “Elm tarixi və elmşünaslıq” 11 beynəlxalq indeks alıb. 2021-ci ildə Nizami Gəncəvi ilə bağlı Akademiyada 40-a yaxın əsər nəşr olunub. Bunlardan kimin xəbəri oldu? Mətbuat bizimlə maraqlanmır. Hamı elə bilir ki, Akademiyada oturub, heç bir iş görmürük”.

“Alimlərin maaşları azdır, onların sosial rifahları yaxşılaşdırılmalıdır”

Z. Əliyevin fikrincə, Milli Elmlər Akademiyasında çalışanların qarşısında iki əsas problem durur – elmlər doktorluğu adı və alimlərin maaşlarının azlığı.

Onun dediyinə görə, gənclərin elmdən uzaqlaşmasının əsas səbəbi elmlər doktorluğu adının ikili müdafiə sistemidir: “Gənc alimlərimiz dünya səviyyəli kitab yazmaq əvəzinə, elmlər doktorluğu üzrə iş yazırlar. Azərbaycanın qoşulduğu Boloniya sistemində elmlər doktorluğu adı yoxdur. Akademiyada neçə gənc var ki, elmlər doktorluğu adı gələndə əlləri-qolları bağlanır. Bütün Avropa fəlsəfə doktorluğunu tanıyırsa, elmlər doktorluğu nəyə lazımdır? Bizim institutda çalışan gənclər ərəb, rus, fars, ingilis, alman dillərini bilirlər, elmə maraqlıdırlar. Onların qarşısında əsas maneə ikili təhsil sistemi və müdafiə prosesində sənədləşmə işinin çox olmasıdır”.

Zaur Əliyev həmçinin hesab edir ki, Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşları artırılmalı, onların sosial durumu yaxşılaşdırılmalıdır: “Alimlər elmi dərəcələrindən asılı olaraq 300, 400, 500, 600 manat maaş alırlar. Bizim maaşlarımız universitet müəllimlərinin aldığı maaşdan aşağıdır. Halbuki onlar bizim tədqiqat işlərimizə müraciət edirlər”. 

Bu il AMEA-yaya  dövlət büdcəsindən 134 milyon manat ayrılıb

2022-ci il üçün dövlət büdcəsindən Azərbaycanda elmə 202.9 milyon manat xərclənəcəyi bildirilib. Məlumata əsasən, bu, 2022-ci ilin büdcə xərclərinin 0,7 faizi deməkdir. Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə təxminən 10.6 faiz çoxdur. Vəsaitin 134 milyon manatının isə Azərbaycan Milli Elmlər Akademiyası və 46 tabeli qurumuna yönəldiləcəyi açıqlanıb.

Dünya Statistik Tədqiqatlar və İqtisadiyyat İnstitututunun son açıqlamalarına görə, elmə ən çox sərmayə qoyan 10 ölkənin siyahısına 511.1 milyard dollarla ABŞ rəhbərlik edir. ÜDM-də elmə çəkilən xərclərin nisbəti ABŞ-da 2,74 faizdir. Sonrakı yerləri 451.2 milyard dollarla Çin, 168.6 milyard dollarla Yaponiya tutur.

Dünyada elmin inkişafına ayrılan vəsaitin 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Dünyanın əsas elm mərkəzləri Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunur.

Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan illik xərclər orta hesabla ÜDM-in 2-4 %-ini təşkil etməlidir. Elmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir. 

“Problemi Ramiz Mehdiyev gətirməmişdi, o da aparmayacaq”

Britaniyada təhsil almış, hazırkı siyasi işindən dolayı adının çəkilməsini istəməyən başqa bir müsahibimiz isə Milli Elmlər Akademiyasının fəaliyyətini Avropa ölkələrindəki elm mərkəzləri ilə müqayisə edir. O, ABŞ-da Elmlər Akademiyasının vahid binası olmadığını və konfederasiya kimi çalışdığını deyir. Alimin söylədiyinə görə, quruma müxtəlif ölkələrdən alimlər üzv olur və üzvlük onlar üçün şərəf sayılır.

Müsahibimiz ABŞ-da Elmlər Akademiyasının Azərbaycandakı kimi arxaik bir qurum olmadığına və işçilərin maaşsız qalmadıqlarına diqqət çəkir.

“Qərbdə universitetlərin hamısı özəl şirkətlər, təşkilatlar tərəfindən dəstəklənir. Orda dövlətin elmə ayırdığı pul özəl sektorun ayırdığı maliyyənin yanında heç nədir. Təkcə Harvardın büdcəsi Azərbaycan Respublikasının büdcəsindən daha çoxdur. Bu qədər maliyyə ayrılan univrsitetlərin olduğu ölkələrdə, əlbəttə, Elmlər Akademiyasına ehtiyac olmayacaq”.

Onun dediyinə görə, AMEA-ya ayrılan indiki vəsaitlə hansısa elmi ixtiradan bəhs etmək çətindir. Buna görə də alim universitetlərin özəlləşdirilməsini, onlar üçün xarici büdcə təşkil edilməsini və Akademiyadakı institutların bu universitetlərin tərkibinə verilməli olduğunu təklif edir.

“Məsələn, Avropada Sənayə Universitetinin tərkibində bir institut qurulur və onun rəhbəri Akademiya alimlərindən biri təyin edilir və rektordan asılı olmur. Bu institutların büdcəsi universitetlərin də büdcəsindən çox olur. Məsələn, Müasir İnformasiya və Texnologiyalar Universitetinin ( MTI University) robototexnika şöbəsi var, büdcəsi universitetin 5-6 fakültəsinin toplamından daha çoxdur. Baxırsan ki, istehsal etdikləri məhsul nədir? Raket”.

Xaricdə təhsil alan gənc onu da deyir ki, elmə azadlıq vermək lazımdır və Milli Elmlər Akademiyasında rütbə, ierarxiya sistemi olamamalıdır.

“Elm öyrənmək istəyən gənclər ölkədən xaricə gedirlər. Onların hamısı Silikon vadisində  ixtiralarla məşğul olurlar, çünki Azərbaycanda bunu eləmək üçün pul yoxdur. Alim nəsə ixtira etdi, patenti də dövlətə getdi, bəs o nə qazandı? Qazancı olmayan alim niyə yeni bir şey yaratmağa həvəsli olmalıdır ki? Heç kəs istəməz ki, 2-3 universitet bitirib 300-500 manata məqalə yazsın. Elmlər Akademiyasının başdan-ayağa dəyişməyə ehtiyacı var. Bura problemi Ramiz Mehdiyev gətirməmişdi, o da aparmayacaq”.

Ramiz Mehdiyev - Açıq mənbələrdən götürülüb

Özəl şirkətlər niyə elmə pul ayırmır?

Azərbaycanda özəl sektorun elmə  nə qədər vəsait ayırdığına dair konkret məlumat yoxdur.

Elmi tədqiqat proqramları və layihələrini qrant şəklində ünvanlı maliyyələşdirməsini Prezident yanında Elmin İnkişafı Fondu (EİF) həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də “Elm Fondu”nun elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə ara-sıra təşkil etdiyi qrant müsabiqələrinə dəstək verir.

Adı çəkilən hər iki qurum dövlət təsisatı olduğu üçün bu mənbədən ayrılan vəasit də  dövlət büdcəsindən xərclənmiş olur. 

Zaur Əliyevin qənaətincə, özəl şirkətlər qazanc götürə bilməyəcəkləri üçün elmə pul ayırmaq istəmirlər.

“AMEA elmə dəstək verməkdən çox, maneə törətməklə məşğuldur”

“Toplumun nəbzi” verilişinə danışan iqtisadçı Azər Mehtiyevin sözlərinə görə, Milli Elmlər Akademiyası sovetin mirasıdır və dövlət büdcəsindən ayrılan vəsait elmə deyil, sadəcə qurumun saxlanmasına xərclənir.

“Akademiya uzun illər loyal qurum olaraq saxlanılıb. Lazım gələndə burdan siyasətə dəstək, ya da iş yeri kimi istifadə olunur. Biz AMEA-ya elm ocağı deyə bilmirik, o, elmə dəstək verməkdən çox, maneə törətməklə məşğuldur.  Köhnə adət-ənənələr, köhnə maliyyələşmə sxemləri... Texnoloji parkların yaradılması isə gözdən pərdə asmaq üçündür”.

Azər Mehtiyev - Sosial Media

İqtisadçı hesab edir ki, Milli Elmlər Akademiyasının saxlanıb-saxlanılmaması birmənalı cavab veriləcək məsələ deyil, o ləğv olunaraq yerinə ciddi tədqiqat insitutları da yaradıla bilər.

Son zamanlar müzakirələrdə səsləndirilən təkliflərəsə AMEA rəhbərliyi səviyyəsində münasibət bildirilməyib.   

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo