Sosial

Arif Hacılı: "Polisə getmədim, dedilər ki, protokol göndəriləcək"

18 Fevral, 2021
1699

Vikipediya

"Mən polis bölməsinə getmədim, ondan sonra dedilər ki, yaşadığınız ünvana protokol göndəriləcək".

Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin (DİN) onun haqqında yaydığı açıqlamaya münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, DİN-in yaydığı açıqlama düzgün deyil: "Mən bildiriş, rəsmi müraciət olmadan getməyəcəyimi dedikdən sonra onlar mənə ikinci dəfə müraciət etdilər. Ona qədər isə polisə çağırılmışdım".

Arif Hacılı fevralın 18-də Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə çağrılması barədə məlumatı "Feysbuk" hesabında paylaşıb.

"Ölkə polisi hərəkətə keçib. Arxamızca gəzib bizi izlədikləri bir yana, indi də mənimlə birlikdə şəhidlərimizin məzarlarını ziyarət etmiş Müsavat üzvləri polis idarələrinə çağırılır. Guya açıq havada, 10 nəfərdən az olan qrupların ziyarət mərasimində şəkil çəkdirmə zamanı bəzi Müsavat üzvlərinin maskalarını çıxarmaları hakimiyyəti o qədər narahat edib ki, Abşeron, Sabirabad, Biləsuvar və başqa rayonların polis idarələri həyəcana gəlib”, - o, qeyd edib.

DİN isə Arif Hacılının polis orqanlarına dəvət edilmədiyini açıqlayıb: "Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Arif Hacılı deyir ki, onunla birlikdə Şəhidlər Xiyabanını ziyarət edən müşaviri Azər İsmayıl da polisə çağırılıb və Sabirabad polisi onu “maska taxmadığına görə” cərimələyib.

Müavini Səxavət Soltanlı isə Qaradağ polisinə çağırılıb.

“Ziyarət zamanı bizim və bizimlə olan hər kəsin tibbi maskası olub, yalnız şəkil çəkilən zaman 1-2 epizodda tibbi maskaları çıxarmışıq deyə Sabirabad, Abşeron, Qaradağ polisi hərəkətə keçib. Bəzi dostlarımız artıq buna görə cərimələnib”, - deyə Səxavət Soltanlı bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo