Aslan İsmayılov/sosial media
Hüquqşünas Aslan İsmayılovun Vəkillər Kollegiyasına üzvlüyü bərpa olundu
Bir neçə il əvvəl Azərbaycan Vəkillər Kollegiyasından xaric edilən hüquqşünas Aslan İsmayılovun yenidən bu quruma üzvlüyü bərpa olunub.
Hüquqşünas bu barədə sosial media hesabında məlumat yayıb.
Kollegiyaya üzvlük vəsiqəsini paylaşan A.İsmayılov deyib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bununla bağlı qərar qəbul olunub.
A. İsmayılov 2013-cü ildə N.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə vəkillikdən xaric edilmişdi.
17 mart 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan məhkəmələrinin hüquqşünas barəsində çıxardığı bütün qərarları qanunsuz saydı. 2021-ci ildə isə Ali Məhkəmə bütün məhkəmə qərarlarını ləğv etdi. Bu ilin martında Bakı Apelyasiya məhkəməsi Aslan İsmayılovun vəkillikdən xaric edilməsi ilə bağlı məhkəmə qərarını ləğv etdi.
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”