Sosial

Ata Abdullayevin şikayəti təmin edilmədi

17 Mart, 2021
495

Sosial Media

Ata Abdullayev barəsində seçilən həbs qətimkan tədbiri qərarından apelyasiya şikayəti verilib.

Martın 17-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.

Onun barəsində Səbail Rayon Məhkəməsində 4 ay həbs qətimkan tədbiri seçilib (APA).

Sosial

DİN məktəbdə narkotikli konfetin peyda olmasına aydınlıq gətirib 

4 Oktyabr 2022

Rəsmi səhifə

Paytaxt məktəblərinin birində şagirdlərə konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan məlumatlar aydınlaşdırılıb.  Bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev sosial media hesabında məlumat yayıb.  Onun sözlərinə görə, qeyd edilən görüntü Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkilib. https://toplum.tv/sosial/mektebde-doyulen-usagin-atasi-polis-ne-doyene-deyir-ne-video-cekene  "Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.  Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalan təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb", - Elşad Hacıyev bildirib.  DİN rəsmisi valideynlərdən sosial şəbəkələrdə...
Sosial

Məktəbdə döyülən uşağın atası: Polis nə döyənə dəyir, nə video çəkənə

Roza Məmmədova
4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Məktəbdə uşağın döyülməsi ilə bağlı video sosial şəbəkələrdə yayıldıqdan sonra polis araşdırma başlayıb. Lakin döyülən şagirdin atası Namiq Zeynalov araşdırmanın gedişindən narazıdır. “Toplum TV” yə açıqlamasında o bildirib ki, hələlik oğlunu döyən uşağa şifahi töhmət verilib və başqa heç bir tədbir görülməyib. Valideyn bildirib ki, məktəb rəhbərliyi uşağın döyüldüyünü ona xəbər verməyib. O videonu sosial şəbəkələrdə gördükdən sonra xəbər tutub. Sosial şəbəkələrdə Bakıda məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri ötən gün yayılıb. Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi valideynlərdən izahat alındığını, psixoloqların uşaqlarla söhbət apardığını bildirib. https://toplum.tv/sosial/112-sayli-sagirdin-bulinqe-meruz-qaldigi-bildirilir Sabunçu rayon 119 saylı məktəbin direktor əvəzi Lətifə Mustafayevə...

Seçilmiş Videolar

Toplum TV loqo