Sosial

Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib

21 İyun, 2022
370

Açıq mənbələrdən götürülüb

Azərbaycanın Audiovizual Şurası Avropa Şurasının Venesiya Komissiyasının “Media haqqında” qanuna dair rəsmi rəyinə cavab verib.

Bu barədə iyunun 21-də qurumdan məlumat verilib. 

Qeyd olunub ki, Venesiya Komissiyasının rəyində əksini tapan bir sıra nüanslarla razılaşmaq mümkün deyil: "Rəydə əksini tapan fikirlərdən biri odur ki, tənzimləyici qurum dövlət büdcəsindən yox lisenziya rüsumlarından əldə edilən gəlirlərdən maliyyələşməlidir. Belə hal, bir sıra Avropa dövlətlərində mövcuddur. Bu normaldır, belə ki, həmin ölkələrdə lisenziyalar ortalama olaraq 4-6 il müddətinə verilir və lisenziya rüsumları da kifayət qədər yüksəkdir. Bu məbləğlər 10000 – 100000 Avro arası rəqəmlərlə ölçülür. Azərbaycanda isə lisenziyların müddətsiz verildiyini, dövlət rüsumunun məbləğlərinin isə çox az, hətta bəzi hallarda, xüsusən, audiovizual media üzrə lisenziyaların alınması üçün “Dövlət rüsumu haqqında” Qanuna edilmiş son dəyişikliklərdən sonra simvolik rəqəmlərlə ifadə olunduğunu nəzərə alaraq bu mümkün deyildir. Həm də Avropada tənzimləyici qurumlar təxmini olaraq 75% hallarda tam və ya qismən dövlət büdcəsindən maliyyə alır. Maliyyələşmənin tam şəffaflığını nəzərə alaraq dövlət büdcəsindən maliyyələşmə metodunun tənzimləyici qurumun müstəqilliyinə xələl gətirəcəyi fikirləri ilə razılaşa bilmərik".

https://toplum.tv/siyaset/venesiya-komissiyasi-qanun-bu-sekilde-tetbiq-olunmamalidir

Şuradan bildirilib ki, Azərbaycanda audiovizual media fəaliyyəti üzrə qeydiyyat proseduru nəzərdə tutulmayıb: "Bu fəaliyyət növü lisenziya tələb edir. Amma lisenziyaların verilməsi prosedurunun iki formada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci prosedur müsabiqə əsasında həyata keçirilir. Belə prosedurla lisenziyanın verilməsi yalnız məhdud resurslardan istifadə edən audiovizual media fəaliyyəti növlərinə aiddir. İkinci prosedur isə müsabiqə keçirilmədən lisenziyanın verilməsidir ki, bu elə həmin ölkələrdə mövcud olan qeydiyyat proseduruna bənzər formal lisenziya prosedurudur. Bu prosedurla kabel, İP, OTT, internet üzərindən yayımlanan platforma yayımçılarına, habelə platforma operatorlarına lisenziya verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, 2003-cü ildən bəri Azərbaycan Respublikası Audiovizual Şurasına (əvvəllər Milli Televiziya və Radio Şurasına) 50-dən çox operator fəaliyyətinin lisenziyalaşdırılması barədə müraciət daxil olmuş və bir dəfə də olsun Şura imtina barədə qərar qəbul etməmişdir. Hətta daxil olan sənədlərdə çatışmazlıqlar olduğu hallarda Şura mütəxəssisləri onları aradan qaldırmağa dəstək göstərib, amma müraciətləri geri çevirməyiblər. Hazırda da həmin operatorlar normal şəkildə fəaliyyət göstərirlər. Həmçinin, bəzi Avropa ölkələrində Azərbaycanda olduğu kimi formal lisenziya proseduru və tender üzrə lisenziya proseduru mövcuddur. Qanun layihəsi işlənəndə məhz bu model Azərbaycan qanunvericiliyinə uyğun olduğundan əsas kimi götürülüb".

Bildirilib ki, Audiovizual Şuraya media subyektlərinə verilmiş lisenziyalara xitam verməklə bağlı böyük səlahiyyət verildiyi haqqında iddialar da doğru deyil: "Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da audiovizual media subyektlərinə qarşı bir sıra sanksiyaların tətbiq olunması mümkündür və bu məsələ bir sıra qanunlarla tənzimlənir. Belə sanksiyala xəbərdarlıq, yayımın 1-24 saat arası dayandırılması, yayımın 1-30 gün arası dayandırılması, 3000 – 8000 manat arası olan maliyyə sanksiyasının tətbiq olunması, lisenziyanın müvəqqəti dayandırılması və lisenziyanın ləğvi kimi sanksiyalar daxildir. Təbii ki, hər hansı bir ağır sanksiyanın tətbiqindən əvvəl subyektə qarşı yüngül sanksiyaların tətbiqi mümkündür və qanunvericilik özü də bunu tələb edir. Şuranın qəbul etdiyi bütün qərarlar, o cümlədən, hər hansı sanksiyanın tətbiq olunması və ya lisenziyanın ləğvi kimi ən sərt cəzanı ehtiva edən qərarlar belə məhkəmə müstəvisində iddialandırıla bilər".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo