açıq mənbələrdən
Azərbaycanlı ifaçı Samirə Əfəndi “Avroviziya” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub.
Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”-da keçirilən müsabiqənin builki qalibi isə İtaliya olub.
Ölkənin təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xalla birinci yeri tutub.
İctimaiyyət nümayəndələri arasında Azərbaycanın yarışmada qalib gəlməməsini müsbət hal kimi qiymətləndirənlər də olub.
İctimai fəal İlkin Rüstəmzadə "Feysbuk" hesabında belə yazıb: "Əziz Şuşa, sən “Eurovision”-dan azadsan!"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədli isə 2012-ci ildə Azərbaycanda keçirilən “Avroviziya” müsabiqəsinin ölkə vətəndaşlarına ziyan vurduğunu iddia edib:
"Bu gecə Samirə qalib gəlsəydi, gələn il 28 apreldə mən yenidən "Bandotdelin", 100-dən artıq həmvətənimiz də Kürdəxanının, Şüvəlanın qonağı olardı.
Bir də 200-dən artıq ailə evləri sökülərək qara qəpiksiz küçələrdə qalardı.
SOCAR və “Azercell” kimi böyük şirkətlər də 1000 nəfərdən artıq vətəndaşı ixtisar edərək, "fonda" ödədikləri milyonları özümüzdən kəsərdilər”.
Bakıda keçirilmiş müsabiqədən bir həftə sonra Milli Təhlükəsizlik Nazirliyi müsabiqə ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edildiyini bəyan etmiş, beləliklə, “Avroviziya -2012” ölkədə beynəlxalq təşkilatların “siyasi məhbus” kimi tanıdığı 29 nəfərin ömürlük həbs də daxil, müxtəlif müddətlərə cəzalandırılmasıyla nəticələnmişdi.
2019-cu ildə onların valideynləri ölkə rəhbərliyinə müraciət edərək övladlarının işgəncələrə məruz qaldığını və hökmlərin ədalətsiz olduğunu bildirirlərərək işə yenidən baxılmasını tələb ediblər.
Həmin il AXCP sədri Əli Kərimli özünün “Feysbuk” hesabında "Avroviziya" müsabiqəsinin təşkili zamanı böyük həcmli korrupsiya hallarına yol verildiyini iddia edib:
"Bilirsiniz, son Avroviziya yarışmasına ev sahibliyi etmiş İsrail bu yarışmaya nə qədər pul xərcləyib? Cəmi 42 milyon dollar. Bu vəsaitin də xeyli hissəsi təhlükəsizliyin təmin olunmasına xərclənib. Azərbaycan isə bu yarışmaya ev sahibliyi edəndə İsraildən 12 dəfə artıq – 500 milyon dollara yaxın vəsait xərcləmişdi. Hәrçәnd İsrail Azərbaycandan müqayisəyəgəlməz dərəcədə varlı ölkədir. İsraildə adambaşına ÜDM 41.6 min dollar - Azərbaycanda olduğundan (4.5 min dollar) 10 dəfəyə qədər artıqdır. İndi insanları uşaq pulundan, ünvanlı sosial müavinәtdәn, pensiyadan məhrum edənlər xalqın sərvətini belə talan ediblər".
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”