Sosial

Azad Rəhimovun vəziyyəti ağırdır?

23 Yanvar, 2021
117

turan

Gənclər və idman naziri Azad Rəhimov Nyu-York klinikalarından birinə yerləşdirilib, vəziyyəti ağırdır.

Təsdiqlənməmiş məlumatlara görə, nazir koronavirusa yoluxandan sonra kəskinləşmiş onkoloji xəstəlikdən əziyyət çəkir.

Gənclər və İdman Nazirliyi bu məlumatları şərh etmir. Nazirin ABŞ-a nə vaxt və hansı məqsədlə getdiyi də məlum deyil.

Azad Rəhimovun adı tez-tez böyük korrupsiya qalmaqallarında keçib və o, beynəlxalq yarışların, tədbirlərin həyata keçirilməsi və obyektlərin tikintisi zamanı on milyonlarla dolların mənimsənilməsi və oğurlanması haqda jurnalist təhqiqatının obyektinə çevrilib.

Onun dövründə idmandakı bir çox nailiyyətlər gənc milli kadrların hazırlanması hesabına yox, legionerlərin hesabına əldə edilib.

A.Rəhimov həmçinin idman federasiyalarının, o cümlədən Alpinizm Federasiyasının işinə kobud müdaxilə ilə tanınır; o və keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ən titullu alpinist, Everestə və Himalayın digər səkkizmin metrlil yüksəkliklərinə qalxan ilk alpinist İsrafil Aşurlının Azərbaycanı tərk etməsinin təşəbbüskarı olublar.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsi (OCCRP) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən korrupsiya haqqında materiallar dərc etməyə davam edir. Məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aiddir.

Dünən araşdırmanın Azərbaycanda Rəhimovun şirkətində işləyən əcnəbilərin dəhşətli əmək və həyat şəraitindən bəhs edən birinci hissəsi dərc edilib.

Araşdırmanın ikinci hissəsində müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor "SerbAz" şirkətinin fəaliyyəti ifşa olunur.

2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi "Buta Palace" sarayının və "Baku-Expo" sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib.

"Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib" deyə, araşdırmada qeyd edilir.

Əcnəbilərin müqavilə üzrə vəd edilən məbləğin ödənilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. OCCRP-nin çoxillik araşdırması göstərib ki, "SerbAz"-ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

"SerbAz"-ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə - ziynət əşyalarının idxalçısı olan "İtalDizain"-lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü "İtalDizain"-in direktoru olub.

2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün "SerbAz"-la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb.

Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin "mürəkkəb konfiqurasiyaya və memarlığa" malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş "müasir materiallar" lazım olması, buna görə "bu sahədə böyük təcrübəsi olan" operator lazım olması ilə izah edib.

Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl "SerbAz" heç mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar.

İlk yenidənqurmadan sonra "SerbAz" Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb. Bu məktubda o, rəhbərlik etdiyi nazirliyin "SerbAz"-la əməkdaşlığının səbəblərini izah edib.

2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər - "Səadət Sarayı"nın bərpasında (20,9 mln. dollar) və Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin tikintisində (38,8 mln. dollar), həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihədə işləyib.

"SerbAz"-ın digər layihələri arasında "Buta Palace", "Baku Expo" sərgi mərkəzi və 28 Mall olub.

Azad Rəhimovun "SerbAz"-la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib. Azərbaycanda o, "SerbAz Design and Construction" adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan "Acora Business" firmasına məxsusdur.

Digər "SerbAz" Niderlandda "SerbAz Property" kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.

OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın "Creacon Construction" şirkətinin "SerbAz"-dan tikinti işlərini aldığını müəyyən ediblər.

2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən "Creacon"-un iki səhmdarından biri "İtalDizain Group"-dur.

"İtalDizain" bu gün böyük holdinq-şirkətə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə "Cartier" -dən "Baccarat"-a qədər premium sinfi butiklər daxildir.

Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv "İtalDizain" saytının erkən versiyalarını saxlayıb. Burada 2009-cu ilin yanvarında şirkətin "SerbAz"-ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il "SerbAz" işçilərinə qarşı amansız rəftardan bəhs edilib.

Jurnalistlər korporativ hesabatlar vasitəsilə "İtalDizain"-in Lüksemburqun "Argulux" şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur.

"SerbAz"-ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq "SerbAz"-ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb.

2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.

Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən "SerbAz"-ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çemodanlarla nağd vəsait şəklində daxil olub. Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb.

Eyni zamanda, offşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib.

Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da "SerbAz"-a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 mln. dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 mln. dollar ödəyib.

OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin "SerbAz"-a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var. Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib.

Azad Rəhimov OCCRP-nin araşdırmanın nəticələrini şərh etmək təklifi yer alan sorğularına cavab verməyib("Turan")

Sosial

Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”

Nuranə Atakişiyeva
4 Mart 2021

"Report"

“Toplum TV” Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələrilə iş sektorunun müdiri Fuad Qarayevlə şagirdlərin beynəlxalq fənn olimpiadalarına hazırlıq şəraiti haqqında danışıb. - Şagirdlər Beynəlxalq Fənn Olimpiadalarına necə hazırlaşdırılır? Seçim şərtləri necədir? Beynəlxalq olimpiadalara hazırlıq üçün Təhsil Nazirliyinin tabeliyində olan, Bakı şəhərində yerləşən iki liseydə - fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə bütün yaş qrupları üzrə, Sumqayıt şəhərində yerləşən texniki və təbiət elmləri təmayüllü liseydə isə aşağı yaş qrupu üzrə fəaliyyət göstərən 3 mərkəzimiz var. Bu mərkəzlərə şagirdlər əsasən hər il nazirliyin  6-7-ci siniflər arasında keçirdiyi fənn müsabiqələrinin və 9-11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarının nəticələrinə...
Sosial

Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”

Aytac Məmmədli
4 Mart 2021

APA

"Ola bilsin, ikinci nəsil peyvəndə ehtiyac qalmasın. Amma bunun üçün peyvənd vurdurmaq lazımdır. Əgər insanlar bu məsələyə həssas yanaşsalar, böyük ehtimal, ikinci nəsil peyvənd istehsal etmək lazım gəlməyəcək". Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev “Toplum TV”-yə belə deyib.  Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki, indiyədək Azərbaycanda 337,315 nəfər koronavirusa qarşı vaksin vurdurub.  Nuran Abdullayev deyir ki, peyvəndsiz pandemiyaya qalib gəlmək mümkün deyil: “Əvvəllər deyilirdi ki, virusda özü-özünü yoxa çıxara biləcək mutasiyalar baş verə bilər, amma əksi oldu. Yəni yoluxmanı daha da artıracaq mutasiyalar baş verdi. Ona görə də insanlar...
Seçilmiş Videolar