Sosial

Azərbaycan əhalisinin hüquqları əhəmiyyətli dərəcədə təmin edilməyib - Hesabat

8 İyul, 2022
480

Açıq mənbələrdən götürülüb

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) və İnsan Hüquqları uğrunda Beynəlxalq Əməkdaşlıq təşkilatı (IPHR) Azərbaycanda sosial və iqtisadi hüquqlar barədə tematik hesabatlar hazırlayıblar.

Bu barədə qurumlar iyulun 8-də press-reliz yayıblar. 

75 səhifəlik araşdırma aşağıdakı 4 konkret sahəni əhatə edir: (1) əmək hüququ; (2) adekvat yaşayış standartları hüququ; (3) yüksək səhiyyə standartlarına çıxış hüququ (sağlamlıq hüququ); (4) təhsil hüququ.

Hesabatlar hər dörd istiqamət üzrə geniş ilkin analizlərdən ibarət olmaqla yerli qanunvericilik bazasının xülasəsini, dövlət proqramlarını, ictimaiyyətə açıq olan rəsmi məlumat bazasının analizini, sosial şəbəkələr üzərindən təşkil edilmiş sorğuda əladə edilmiş nəticələri və BİHK-na göndərilmiş şikayətləri və bu şikayətlər əsasında göstərilmiş hüquqi yardımın nəticələrini əhatə edir.

Araşdırma Azərbaycan Respublikasının 1992-ci ildə ratifikasiya etdiyi İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş prinsip və standartlar əsas götürülməklə aparılıb.

https://toplum.tv/sosial/is-adami-qanuni-ogrulara-muraciet-edim

"Hesabatlarda hər bir istiqamət üzrə Azərbaycan hökumətinə ünvanlanmış tövsiyələri əks olunub", - deyə BİHK rəhbəri Rəsul Cəfərov bildirib. 

"Araşdırmanın əsas nəticələri göstərir ki, Azərbaycan əhalisinin əksər hissəsi aşağı gəlir, ərzaq və ya mənzil əldə etmək imkanının az olması ilə əlaqədar lazımi həyat səviyyəsinə malik deyil. Təhlil göstərir ki, ev təsərrüfatlarının böyük hissəsi gəlirlərin az olması və ya dövlət dəstəyinin kifayət qədər olmaması səbəbindən öz-özünü təmin edə bilmir. Sorğu nəticələri göstərir ki, zəruri xərcləri ödəmək iqtidarında olan ev təsərrüfatlarının payı 30%-dən çox deyil", - deyə araşdırmada bildirilir.

Pandemiya dövrü işsizliyin artması ilə əlaqədar xüsusilə ağır olub, dövlət isə ailənin yalnız bir işsiz üzvünə ayda 190 manat (110 dollar) dəstək verib, bu da bir nəfər üçün yaşayış minimumdan azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda adambaşına gəlir ildə 4039,60 manat (həmin vaxt təqribən 4000 avro) təşkil edib. Amma 2020-ci ildə adambaşına düşən 5587 manatlıq gəlir cəmi 2790 avro təşkil edib. Yəni reallıqda 2015-2016-cı illərin devalvasiyası və yüksək inflyasiya ilə əlaqədar əhalinin gəliri 73% azalıb.

https://toplum.tv/sosial/gence-hadiseleri-terror-hadisesi-idi-yoxsa-memur-ozbasnaligina-etiraz

Minimum istehlak səbəti, yaşayış minimumu, dövlətin minimum sosial yardımı və pensiya ardıcıl olaraq artırılmalı və əhalinin tələbatına uyğun olmalıdır.

Mənzil sistemi imtiyazları əldə etmək hüququna malik olan sosial qrupların sayını artırmaq təklif olunur. 

Səhiyyə sisteminə gəlincə, kənd yerlərində tibbi mərkəzlərin çatışmazlığı xüsusi olaraq vurğulanır.

Hesabatda həmmçinin deyilir ki, 2020-ci ildə icbari tibbi sığortanın tətbiq edilməsinə baxmayaraq, səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsi ən az iki dəfə artırılıb. 

Ana və uşağın qorunması üzrə kompleks proqramlar işlənib hazırlanmalı, o cümlədən Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Qanun qəbul edilməlidir. 

Təhsil sahəsində ali təhsil sahəsinin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul etmək tövsiyə olunur. 

Eyni zamanda, şagirdlərin tam orta təhsilə həvəsləndirilməsi yolu ilə xüsusən qızlar arasında və kənd yerlərindəki ümumtəhsil məktəblərində məktəbdən yayınma səviyyəsinin azaldılması üzrə dövlət proqramı işləyib hazırlamaq təklif olunur.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo