Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) “Oskar” mükafatına təqdim olunacaq filmi müəyyənləşdirib.
Bu barədə noyabrın 14-də qurumun saytında məlumat verilib.
Bildirilir ki, kinoejissor Şamil Əliyevin “Yaradanlar” (“Creators”) filmi 95 -ci “Oskar” mükafatına namizədlərin siyahısına daxil edilib.
https://toplum.tv/sosial/haqqinda-cox-danisilan-film-qerb-cebhesinde-yenilik-yoxdur
Film 20-ci əsrin Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist – bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.
“Yaradanlar” Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “ Salnamə” kinostudiyasında lentə alınıb.
Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.
95-ci “Oskar” mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür