Sosial

Azərbaycan gənclərinin ən böyük gözləntiləri - SORĞU

30 İyul, 2021
218

Sputnik

Azərbaycanda 18-25 yaş arası gənclərin 86%-i yüksək əməkhaqqını və prestijli mövqeni qiymətləndirir. 

"İnterfaks" agentliyinin iyulun 30-da verdiyi xəbərə görə, Böyük Britaniyanın maliyyə, uçot və audit sahəsində peşəkarlar Assosiasiyası (ACCA) keçirdiyi sorğunun nəticələrini açıqlayıb. 

Sorğuda "Z nəsli"ndən olan (18-25 yaş arası gənclər) 9 min nəfər iştirak edib. Azərbaycan üzrə sorğuda 74 nəfər iştirak edib. 

Azərbaycanın "Z nəsil" nümayəndələrinin ən çox maraqlandıran məsələlər bunlardır:

55% gənc təhsil məsələlərindən narahatdır,

86% gənc yüksək əməhaqqını və prestijli mövqeni qiymətləndirir,

89% gənc karyerada irəliləmək üçün əvvəlki nəsil qədər çalışqan olmağa hazırdır, 

84% gənc ambisiyalı olduğunu deyir, 

82% gənc işdə məqsəd və məna görür,

61% gənc üçün hansısa iş yerində iş üçün əsas stimul karyerada sürətlə irəliləməkdir. 

ACCA-nın məlumatında bildirilir ki, bu, ambisiyalı nəsildir, onların böyük əksəriyyəti iki il ərzində karyerada yüksəlməyi gözləyir. 

Həmçinin məlum olub ki, sorğuda iştirak edən Azərbaycan gənclərinin 53%-i maliyyə sahəsində irəliləməyi daha məqsədəuyğun hesab edir, dünya miqyasında bu göstərici 37%-dir. 

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar