Sosial

Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edəcək

21 İyul, 2021
54

Gürcüstanda “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək.

İyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək.

ABŞ ordusunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, tədbirlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək.

Bildirilir ki, təlimlərin keçirilməsində məqsəd müttəfiqlərin və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.

“Agile Spirit 2021” təlimləri komanda-qərargah və çöl şəraitində keçiriləcək, batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq.

Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.

Bu təlimlər Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir(“Report”).

Sosial

İki dəfə vaksin vurduranların sayı 2 milyonu keçdi

29 İyul 2021

BBC

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 84 247 vaksin vurulub. Bu barədə iyulun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 609 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 798 286, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı2 777 752, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 020 534 təşkil edir.
Sosial

Son sutkada yoluxanların sayı

29 İyul 2021

Sosial Media

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.
Seçilmiş Videolar