açıq mənbədən götürülüb
Covid-19 pandemiyası 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək Avropada məhbusların sayının azalmasına səbəb olub.
Üzv ölkələrin həbsxanalarında cinayət-icra vəziyyətinin illik statistikası ilə bağlı Avropa Şurasının mətbuat xidmətinin aprelin 6-da yaydığı məlumatda belə deyilir.
Məhbus sayının azalmasına səbəb kimi pandemiya dövründə hərəkətin məhdudlaşdırılmasına görə cinayətlərin azalması, məhkəmə sisteminin işinin ləngiməsi və koronavirusun yayılmasının qarşısını almaq və ya azaltmaq məqsədilə məhbusların azad edilməsi göstərilir.
2021-ci il 31 yanvar üçün Avropa Şurasına üzv 49 dövlətdə 1 414 172 məhbus olub. Bu, Avropa səviyyəsinə - 100 000 sakinə 102 məhbus deməkdir.
Son bir ildə bu göstərici 100 000 sakin üçün 104,3 məhbusdan 101,9-ə qədər enib.
Azərbaycan 100 000 nəfərə 216 məhbusla məhbus səviyyəsinin ən yüksək olduğu ölkələr arasında 4-cü yerdədir. Rusiya 328 məhbusla 1-ci, , Türkiyə 325 məhbusla 2-ci, Gürcüstanın isə 232 məhbusla 3-cü yeri tutub.
Azərbaycanda məhbusların ümumi sayı 3,3 faiz artaraq 21 012 nəfər olub.
Avropada məhbusların 4,7 faizi qadınlardır. Azərbaycanda bu göstərici 2,7 faiz təşkil edir.
2020-ci ildə Avropada məhbusların sutkalıq orta xərcləri 77 avro təşkil edib. Azərbaycanda bu göstərici 8,08 avrodur.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”