Sosial

Azərbaycan meşə yanğınlarına hazırdırmı?

2 Avqust, 2021
1846

"Adətən vətəndaşların məsuliyyətsizliyi, təbiət ərazilərinə siqaret atması və s. nəticəsində yanğın baş verir. Bundan əlavə, əraziyə atılan şüşə qırıqları da istinin təsirindən qızır və yanğına səbəb olur. Bəzən də biçin mövsümündə ərazinin "təmizlənmək" məqsədilə yandırılması zamanı xüsusi qorunan meşə ərazilərinə od düşür və bu da yanğınla nəticələnir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudun Əliyev "Toplum TV"-yə açıqlamasında belə deyib.

Ötən həftə Türkiyənin Egey və Aralıq dənizi sahillərində yerləşən meşələrində başlayan yanğınlar hələ də davam edir.

Yanğınlar nəticəsində ölənlərin sayı 8 nəfərə, yaralıların sayı isə 864 nəfərə çatıb.

Türkiyə ilə yanaşı, İtaliya və Yunanıstan da meşə yanğınları olub.

Yay mövsümündə təhlükələrin artması və yanğınların kütləviliyi diqqəti ölkə daxilinə cəlb edib.

Artıq ilk belə hal baş verib. Avqustun 2-də Fövqəladə Hallar Nazirliyi Yardımlı rayonundakı meşə zolağında yanğının baş verməsi barədə məlumat yayıb.

Bildirilir ki, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb.

Yanğının hansı səbəbdən baş verməsi barədə hələlik rəsmi açıqlama yoxdur.

Bütün bu baş verənlər sual yaradır: Azərbaycanda irimiqyaslı meşə yanğını təhlükəsi varmı və bunun qarşısını almaq üçün hansısa tədbirlər görülürmü?

Cavid Qara - Sosial Media

"Azərbaycanda meşə yanğınları adətən süni şəkildə törədilir"

Ekoaktivist Cavid Qara Azərbaycanda da irimiqyaslı meşə yanğınlarının baş verə biləcəyini istisna etmir. Onun sözlərinə görə, ölkədə meşə yanğınları adətən süni şəkildə törədilir və meşələr kifayət qədər mühafizə olunmayıb.

"Bizdə yanğınlar daha çox insanlar tərəfindən qəsdən, süni şəkildə törədilir. Ssenarilər isə müxtəlifdir: ya işdən çıxarılan dövlət məmuru yanğın törədərək bu yolla qisas alır, yaxud da kimlərsə biznes məqsədilə meşədə kəsilmiş ağacların izini yanğın törətməklə itirməyə çalışır. Bəzən də elə olur ki, kənd sakinlərinin özləri yanğın törədir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə meşə yanğınlarının qarşısını almaq üçün zəruri tədbirlərin görüldüyünü bildirir. 

Firudin Əliyev

Dövlət rəsmisi: "Zəruri tədbirlər görülür"

"Yanğın söndürən balonların və digər avadanlıqların saz vəziyyətdə olmasına daim nəzarət olunur. Təhlükəsizlik tədbirləri çərçivəsində yaz mövsümündən etibarən yanğın ola biləcək ərazilərdə su tutarları yaradılır. Həmçinin yanğın xüsusi mühafizə olunan ərazilərə keçməsin deyə sərhəd boyu ərazilər şumlanır və xüsusi zolaqlar salınır", - deyə ETSN rəsmisi Firudin Əliyev söyləyib.

Onun sözlərinə görə, yay mövsümündən əvvəl xüsusi mühafizə olunan təbiət ərazilərində yanğından mühafizə sahəsində gücləndirilmiş iş rejmi tətbiq olunur. İnsanların yanğın söndürmə zamanı praktiki təcrübəyə sahib olmaları üçünsə 2021-ci ildən etibarən ETSN Fövqəladə Hallar Nazirliyi ilə birgə Samur-Yalama, Hirkan və Şirvan milli parklarında təlimlər keçirib.

"Hətta biz təlimlərə yerli kənd icmalarından da insanlar cəlb edirik", - deyə nazirlik rəsmisi vurğulayıb.

 F. Əliyev onu da qeyd edib ki, ölkədə baş verən yağınların çoxu antropogen (insanlar tərəfindən) təsirlər nəticəsində baş verir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo