Sosial

Azərbaycan sənayesinin struktur problemləri: səbəbləri və həlli yollarına dair Araşdırma Sənədi

13 May, 2021
2639

idi-aze.org

Azərbaycan sənayesinin struktur problemləri, onların səbəbləri və həlli yollarına dair Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc İqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupu tədqiqat sənədi hazırlayıb.

Sənədin birinci hissəsində 2020-ci ildə Azərbaycanda ÜDM istehsalının quruluşu, illik ÜDM istehsalında sənayenin payının dinamikası, ümumi yekunda xüsusi çəkisi,  2005-2020-ci illərdə ölkə iqtisadiyyatında əsas kapitala investisiya qoyuluşlarında sənayenin payı, 2005-2020-ci illərdə sənaye məhsulunun dəyəri, 2019-cu ildə Azərbaycanda sənaye istehsalının sektoral strukturu, 2019-cu ildə Azərbaycan sənayesində yaradılmış ÜDM-in sektoral strukturu, həmin il Azərbaycanda sənaye istehsalının iqtisadi rayonlar üzrə strukturu, sənaye istehsalının sahə strukturu və s. qrafika və cədvəllər vasitəsilə əks etdirilib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2020-ci ildə ölkədə yeni yaradılan dəyərin 33.7 faizi sənayedə formalaşıb ki, bu da ölkə iqtisadiyyatının digər sahələri ilə müqayisədə ən böyük pay deməkdir. 2020-ci ildə ÜDM istehsalının 11.5 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7.7 faizi tikintinin, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatnın, 6.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2.0 faizi informasiya və rabitənin, 1.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 20.2 faizi isə digər sahələrin payına düşüb; məhsula və idxala xalis vergilər isə ÜDM-in 9.7 faizini təşkil edib.

Tədqiqatın ikinci hissəsində təbii sərvətlərin mövcudluğu; ehtiyatları və coğrafi yerləşməsi; keçilmiş yoldan asılılıq; cəmiyyətin inkişaf səviyyəsi; sosial-iqtisadi, mədəni və demoqrafik amillər; dövlətin iqtisadi və investisiya siyasəti; habelə dövlət tənzimlənməsinin təsirləri; ticarət qaydaları və xarici ticarət əlaqələri; infrastruktur (istehsal və bazar) amillər və s. araşdırılıb.

Sənəddə qeyd olunub ki, sənayenin diversifikasiyası bir sıra ənənəvi istehsal sahələri ilə yanaşı, ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir:
•ilk növbədə yerli xammala əsaslanan rəqabət qabiliyyətli ağır sənaye istehsalı genişləndirilməlidir; 
• emal sənayesinin digər sahələrində yeni istehsal gücləri yaradılmalıdır; 
. yüksək texnologiyalı istehsal böyük həcmdə araşdırma və genişləndirmə fəaliyyəti tələb etdiyi üçün bu sahədə prioritetlər bir neçə konkret sahə ilə məhdudlaşdırılmalıdır.

Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə: 
•enerji tariflərinin tənzimlənməsində çeviklik artırılmalı;
•çevik tarif siyasəti əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə müşayət edilməli; 
•sənayeyə investisiyalar cəlb etmək imkanları genişləndirilməli; 
•dövlətin güzəştli kreditlərindən istifadə və lizinq imkanları artırılmalı;
•qeyri-neft sənayesinə investisiyaların təşviqi mexanizmi yaradılmalı; 
•dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin özəl sektorun investisiyaları ilə əlaqələndirilməsi mexanizmi qurulmalı;  
•habelə dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Araşdırma nəticəsində məlum olub ki, son 10 ildə ölkədə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində  bir sıra dövlət proqramlarının və strategiyaların qəbul edilməsinə və icrasına, habelə ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində  addımlar atılmasına baxmayaraq ölkənin sənaye strukturunda hələ də ciddi problemlər var: 
•sənaye istehsalının təqribən 70 faizi mədənçıxarma sənayesinin, o cümlədən 65 faizi neft-qaz hasilatının payına düşür;
•sənaye istehsalının 70 faizindən bir qədər çoxu, sənayenin yeni dəyərinin 85 faizindən çoxu neft-qaz hasilatı və neft məhsulları istehsalının payına düşür; 
•ölkənin ümumi ixracının 90 faizi xam neft, təbii qaz və neft məhsullarının payına düşür; 
•ölkədə emal sənayesinə aid istehsal sahələrinin inkişaf səviyyəsi hələ çox aşağı səviyyədədir - neft məhsulları istehsalı nəzərə alınmazsa, emal sənayesi sahələrində yeni yaradılan dəyər il ərzində sənayedə yaradılan yeni dəyərin 10 faizindən də azdır; 
•emal sənayesi sahələrində əsasən aşağı və orta aşağı texnoloji məhsul qruplarına aid məhsullar istehsal olunur;
•sənaye istehsalının 90 faizinə qədəri Bakı şəhəri və Abşeron iqtisadi rayonu ərazisindədir. 

Sənəddə həmçinin qeyd olunur ki, ölkənin sənaye istehsalının 70 faizindən, sənayedə yaradılan yeni dəyərin 85 faizindən çoxu və  ölkənin ümumi ixracının 90 faizi  neft-qaz hasilatı və neft məhsullarının istehsalının payına düşür; ölkənin emal sənayesi hələ də xarici investorlar üçün cəlbedici deyil, yerli investorlar da emal sənayesi sahələrinə xüsusi maraq göstərmirlər. 

Araşdırmanın sonunda hökumətin sənaye və investisiya siyasətinin yaxşılaşdırılmasına yönəlik təklif və tövsiyələr yer alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo