Sosial

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları təlim keçirəcək

6 Sentyabr, 2021
759

Rəsmi səhifə

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş - 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib.

Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Sosial

Azərbaycanda koronavirusa yoluxmaların sayı 700-ü keçdi

17 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son gündə 710 nəfər koronavirusa yoluxub. Bu barədə avqustun 17-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  Bildirilib ki, 503 nəfər müalicə olunaraq sağalıb, ölüm halı qeydə alınmayıb. https://toplum.tv/sosial/tebib-resimisinin-muemmali-aciqlamasi-payizda-karantin-tetbiq-edilecek Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir. Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.
Sosial

182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?

Roza Məmmədova
17 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub, bu göstərici ilə Azərbaycan ölkələrin qlobal reytinq siyahısında 121-ci yerdə qərarlaşıb. Halbuki iyun ayında Azərbaycan siyahıda 3 pillə irəlidə idi. İnformasiyanı sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparan  “Speedtest Global Index” yayıb. Sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında ilk pillədə Çili (212,98 MB/S), sonuncu pillədə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb. Türkiyə 106, Özbəkistan 86, Qırğızıstan 78, Rusiya 49-cu yerlərdədir. Hazırda müharibə şəraitinin mövcud olduğu Ukrayna isə 61-ci yerdədir. Azərbaycan mobil internetin sürətinə görə ölkələrin qlobal reytinq siyahısında da 2 pillə geriləyib və...

Seçilmiş Videolar

Toplum TV loqo