REUTERS
Bu gün, aprelin 15-də Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.
“APA”nın verdiyi məlumata görə, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.
Azərbaycan bu il fevralın 27-də və martın 12-də Ukraynaya ümumi dəyəri 21,5 milyon manat (11,5 milyon avro) olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib. İndiyədək Azərbaycan hökuməti və ictimaiyyəti Ukraynaya ümumilikdə 520 tonadək humanitar yardım göndərib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan iki gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Açıq mənbələrdən götürülüb
Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"