Sosial

Azərbaycan vaksini niyə Çindən yox, Türkiyədən alır?

Elməddin Şamilzadə
30 Dekabr, 2020
1172

gülüstan.info

Türkiyənin Çindən aldığı "Sinovac” adlı koronavirus əleyhinə peyvəndin ilk konteynerləri paytaxt Ankaraya gətirilib.
 
İlk mərhələdə 3 milyon doza gətirilən vaksin 14 gün ərzində testdən keçiriləcək.
 
Dekabrın 15-də isə Azərbaycan Səhiyyə Nazirliyi açıqlama yaymışdı ki,  vaksin almaq üçün Türkiyə ilə danışıqlar aparır. Səhiyyə nazirinin müavini Viktor Qasımov Türkiyədən 50 milyon doza vaksinin alınması üçün müqavilənin imzalandığı bildirmişdi.
 
Türkiyə vaksini Çindən alır, Azərbaycan isə Çinlə yox, Türkiyə ilə danışıqlar aparır. 
 
"Report”un hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, vaksin Türkiyənin "Keymen İlaç” şikrətindən alınacaq. Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək.
 
Bəs nəyə görə Azərbaycan vaksinin birbaşa istehsalçısı olan Çin ilə danışıqlar aparmır?
 
Professor Adil Qeybulla deyir ki, vaksinin alınması dövlətlərarası müqavilə ilə tənzimlənir, "Amma niyə Çindən yox, Türkiyədən alınır” sualına cavab verə bilməyəcək.
Adil Qeybulla
FOTO: apa.az
 
Amma professor hesab edir ki, Azərbaycanın vaksini dünyada tanınmış şirkətlərdən alması daha yaxşı olardı: "Çin vaksinlərinin hələlik keyfiyyət parametrləri bizə bəlli deyil, amma Çinin özündə də yüksək keyfiyyətli laboratoriyalar var". 
 
Elnarə Baxış
FOTO: avropa.info
 
TƏBİB-in sözçüsü Elnarə Baxışın bu sualla bağlı  "Toplum TV”-yə verdiyi yazılı cavab  belədir: "Vaksinasiya ilə bağlı strategiya hazırlanır. Yeni bir məlumat olduqda ictimaiyyətlə bölüşüləcək".

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo