Sosial

Azərbaycana koronavirusa qarşı "Pfizer" peyvəndi gətirilə bilər

25 Yanvar, 2021
43

”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvəndin ilkin mərhələdə aprel ayında gətirilməsi gözlənilir.

Bu barədə yanvarın 25-də TƏBİB-dən məlumat verilib.

Məlumata görə, proqram çərçivəsində hansı peyvənd namizədinin seçiləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycana da gətirilməsi nəzərdə tutulub. Artıq ölkəmiz də daxil olmaqla, 50-ə yaxın dövlətin vaksinlərin əldə edilməsi məqsədilə platformada iştirakı təsdiqlənib və bu istiqamətdə danışıqlar davam edir”,-deyə məlumatda bildirilib.

ÜST “COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün "Pfizer/BioNTech" ilə müqavilə imzalayıb. “COVAX” proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq. Bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb.

Sosial

Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”

Nuranə Atakişiyeva
4 Mart 2021

"Report"

“Toplum TV” Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələrilə iş sektorunun müdiri Fuad Qarayevlə şagirdlərin beynəlxalq fənn olimpiadalarına hazırlıq şəraiti haqqında danışıb. - Şagirdlər Beynəlxalq Fənn Olimpiadalarına necə hazırlaşdırılır? Seçim şərtləri necədir? Beynəlxalq olimpiadalara hazırlıq üçün Təhsil Nazirliyinin tabeliyində olan, Bakı şəhərində yerləşən iki liseydə - fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə bütün yaş qrupları üzrə, Sumqayıt şəhərində yerləşən texniki və təbiət elmləri təmayüllü liseydə isə aşağı yaş qrupu üzrə fəaliyyət göstərən 3 mərkəzimiz var. Bu mərkəzlərə şagirdlər əsasən hər il nazirliyin  6-7-ci siniflər arasında keçirdiyi fənn müsabiqələrinin və 9-11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarının nəticələrinə...
Sosial

Köln Universitetinin həkimi: “Ola bilər ki, ikinci nəsil peyvəndə ehtiyac qalmasın”

Aytac Məmmədli
4 Mart 2021

APA

"Ola bilsin, ikinci nəsil peyvəndə ehtiyac qalmasın. Amma bunun üçün peyvənd vurdurmaq lazımdır. Əgər insanlar bu məsələyə həssas yanaşsalar, böyük ehtimal, ikinci nəsil peyvənd istehsal etmək lazım gəlməyəcək". Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev “Toplum TV”-yə belə deyib.  Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb ki, indiyədək Azərbaycanda 337,315 nəfər koronavirusa qarşı vaksin vurdurub.  Nuran Abdullayev deyir ki, peyvəndsiz pandemiyaya qalib gəlmək mümkün deyil: “Əvvəllər deyilirdi ki, virusda özü-özünü yoxa çıxara biləcək mutasiyalar baş verə bilər, amma əksi oldu. Yəni yoluxmanı daha da artıracaq mutasiyalar baş verdi. Ona görə də insanlar...
Seçilmiş Videolar