Açıq mənbələrdən götürülüb
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan bürosunun ictimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Fanara Bünyadzadə bildirib ki, meymunçiçəyi testləri təşkilatın Avropa ofisi tərəfindən ölkələrə dəstək kimi göndərilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi hallarına digər ölkələrdə də rast gəlinməsi xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla bağlı, Azərbaycan Səhiyyə Nazirliyi xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib.
https://toplum.tv/sosial/nazir-payizda-epidemiya-bas-qaldirmasa
ÜST tərəfindən üç min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
Bildirilir ki, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə bənzər şübhəli hallar müşahidə edilərsə, PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.
Rəsmi məlumata görə, bugünədək Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir