Sosial

Azərbaycana olimpiadada ilk medalı milliləşdirilmiş idmançı qazandırdı

30 İyul, 2021
199

Açıq mənbələrdən götürülüb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Toplum TV" xəbər verir ki, bu gün, iyulun 30-da baş tutan qarşılaşmada 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska çinli Şiyan Xunu mğlubiyyətə uğradaraq, bürünc medala sahib olub.

Bu, Tokio-2020-də Azərbaycanın cüdo növündə qazandığı yeganə olimpiya medalıdır. Komandanın 9 üzvündən heç birisi çıxdığı oyunlarda medal qazana bilməyib. 

30 yaşlı İrina Kindzerska Ukrayna əsilli idmançıdır. O, 2017-ci ildə vətəndaşlığını dəyişdirdikdən sonra Azərbaycan milli komandasının heyətinə daxil edilib. 

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar