Sosial

Azərbaycanda 10 jurnalist koronavirusdan ölüb

6 Aprel, 2021
46

Pandemiya başlayandan indiyə qədər Azərbaycanda 205 nəfər jurnalist COVID-19-a yoluxub, 10 jurnalist isə həyatını itirib.

Bu barədə aprelin 6-da Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) məlumat verib. 

Məlumata görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir. Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir.

Bildirilib ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə  məlumatı ictimailəşdirənləri əhatə edir.  Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər. 

Məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. 

Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən  kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov  bildirib ki, bununla bağlı kriteriyalar  həftə ərzində  açıqlanacaq (APA).

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar