Açıq mənbələrdən götürülüb
Bərdə rayon sakini Xıdırova İlhamə deyir ki, qızı Sahibzadə Səma 2015-ci ildən, yəni 4 yaşından bəri epilepsiya xəstəsidir. Həmin vaxtdan 2020-ci ilə qədər ona sosial pensiya verilib.
Şikayətçi iddia edir ki, sosial pensiyanın kəsilməsi ilə bağlı son iki ildə müxtəlif qurumlara müraciət etsə də, şikayətinə baxılmayıb.
Övladı xəstə olduğu üçün işləyə bilmədiyini deyən şikayətçi qızı və yaşlı anası ilə birgə yaşayır: “Yoldaşımdan ayrılmışam. Xəstə qızım və 76 yaşlı qoca anamla yaşayıram. Qızımın xəstəliyinə görə onu evdə qoyub işləyə bilmirəm. Səmanın (qızı) mədə bağırsaq siqnalı, infeksiyası başının hüceyrəsinə vurur, ürəyi gedir. Əlləri qıc olur, ağzı əyilir. Mən işləsəm, qızımın qıcolması tutanda...
Sosial Media
İyulun 4-ü Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum bloger Əvəz Hafizlinin işi üzrə ilk məhkəmə iclasının keçirilməsi planlaşdırılsa da, hakim Əli Məmmədovun məzuniyyətə çıxdığı bildirilib.
Məhkəmə binasının önündə toplaşan ictimai fəallardan biri Cavid Nəbiyevin sözlərinə görə, hakimin məzuniyyətə çıxmasıyla bağlı öncədən xəbər verilməməsi müəyyən şübhələrə əsas verir. İctimai fəallar düşünür ki, məhkəmə prosesi bilərəkdən yubadılır.
Fəallar binanın önündə “Nifrət qətli siyasidir”, “Ədalətli hökm istəyirik!” kimi şüarlar səsləndiriblər.
Əvəz Hafizli bu ilin fevralın 22-də qohumu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb. Bloger ölümündən əvvəl təhdid altında olduğu barədə dəfələrlə xəbərdarlıq etmişdi.
İlkin araşdırmalara görə, Əmrulla Güləliyev qətli törədərkən sərxoş vəziyyətdə olduğunu, əməlini...