Azərbaycanda 2050-ci ilədək cinslərarası balansı dəyişmək mümkün olmayacaq
Sosial Media
"Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur".
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində əksini tapıb.
Həmçinin tədqiqatın nəticələrində həmçinin bu məlumatlar öz əksini tapıb:
- Çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir.
- Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının selektiv abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkə dünya birincisi olmağa doğru gedir.
- Azərbaycanda doğulan uşaqlarının sayının çoxalması, əhalinin maskulinaziyası tendensiyasının dəyişməyəcəyini təqdirdə "demoqrafik maskulinaziya" kimi hadisə baş verə, həmin həddən sonra gender balansı düzəlsə belə nəticələrin aradan qaldırılması olduqca mürəkkəb ola bilər. Ən optimist ssenariyə görə, 2050-ci ilə qədər mövcud vəziyyəti - cinslərarası balansı dəyişmək mümkün olmayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür