Sosial
Azərbaycanda 2300 məhkum koronavirusa görə azadlığa buraxılıb
23 Noyabr, 2020
Baxış: 256
Pandemiya dövründə 2 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub. Bunu noyabrın 23-də jurnalistlərə açıqlamasında ədliyyə naziri Fikrət Məmmədov bildirib.

"Qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılıb, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb, habelə cinayət işlərinə də video-əlaqə ilə baxılmasının təmin edilməsi üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib”, - Fikrət Məmmədov "APA"-ya açıqlamasında deyib və əlavə edib ki, məhkumların və təqsirləndirilən şəxslərin həyat və sağlamlıqlarının qorunması ciddi nəzarətdə saxlanılıb, prezidentin imzaladığı əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumların əksəriyyəti azadlığa buraxılıb.

Nazirin məlumatına görə, 2 300-ə yaxın məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib. 740 nəfər isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanunvericiliyə əsasən 2.000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3.200-dən artıq məhkumun cəza müddəti azaldılıb, habelə xarici dövlətlərdən olan bir çox məhkumlar karantin rejiminə əməl edilməklə öz ölkəsinə təhvil verilib.
Sosial

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması barədə sərəncam verildi

25 Yanvar 2021
Prezident İlham Əliyev yanvarın 25-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirmək tapşırılıb: - 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...
Sosial


Neft quyusunun üstündə yaşadıqları üçün qazsız qalanlar

25 Yanvar 2021

Report.az

Bakının Balaxanı qəsəbəsindəki Sabit Rəhman küçəsinin sakinləri evlərinə qaz xəttinin çəkilməməsindən şikayətçidirlər.  Şikayətçilərdən biri İlqar Hüseynov “Toplum TV”- yə deyir ki, 300 metr aralıdakı küçədə yaşayanların evlərinə təbii qaz verilir, amma onlara yox. O, bir sıra dövlət qurumlarına müraciət etdiklərini, amma pronlemin həll olunmadığını söyləyir: “Bu küçə 15 ildir məskunlaşıb. İşıq və su var, amma təbii qaz yoxdur. Dəfələrlə bələdiyyəyə,  icra hakimiyyətinə, icra nümayəndəsinə müraciət etmişik. Milli Məclisə məktub yazmışıq. Cavab olaraq bildirdilər ki, pul yığın, öz hesabınıza çəkdirin”. Şikayətçinin iddiasına görə, təbii qazın çəkilişi üçün onlardan 10 min manat istənilib: “İndiki zamanda kimdə o qədər pul var? Hər ailədə...
Seçilmiş Videolar