Report
"Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür".
Bu barədə fevralın 23-də Təhsil Nazirliyindən məlumat verilib.
Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.
Həmçinin məlumat verilib ki, fevralın 1-dən 21-dək Azərbaycanda 225 şagird koronavirusa yoluxub.
"1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib", - deyə Nazirliyin məlumatında qeyd edilib.
Toplum TV
Turan
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”
Qubad İbadoğlu: “SOCAR özü ilə bərabər dövləti də batıracaq”
Məhbus anası: “DTX-nın dörd divarı arasında bu ülgüclər, bıçaqlar hardan onların əlinə keçdi?”