Sosial

Azərbaycanda alternativ məhkəmə ekspertizaları niyə yoxdur?

29 Yanvar, 2022
527

Açıq mənbələrdən götürülüb

Müsavat partiyasının üzvü Tofiq Yaqublu ötən dekabrın 1-də keçirilən aksiya zamanı polis tərəfindən döyüldüyünü deyir. Amma o, bunu sübuta yetirə bilmir.

T.Yaqublu 2019-cu il  19 oktyabr aksiyasında da  işgəncəyə məruz qaldığını söyləmişdi.

“Onlar hər dəfə bir yol tuturlar: ekspertiza xəsarətləri təsdiqlədi, amma bir həftə əvvələ aid olduğunu qeyd etdi. Guya mən aksiyaya həmin xəsarətlərlə gəlmişəm. Xəsarətlər o qədər açıq olur ki, onu danmaq mümkün deyil. Polisi məsuliyyətdən qurtarmaq üçün deyirlər ki, bəli, xəsarət var, amma əvvələ aiddir. Ya da mən aksiyadan əvvəl yıxılmışam”.

O, 2011-ci ildə Nəsimi rayon Polis İdarəsində zorakılığa məruz qaldığını dediyi zaman isə ekspertizanın ümumiyyətlə  xəsarətləri təsdiqləmədiyini söyləyir.

Buna görə də siyasətçi Azərbaycanda alternativ məhkəmə ekspertizasının olmasını istəyir: “Əlbəttə, alternativ ekspertizalar olsa yaxşı olardı”.

Amma müxalifətçi özü də onun obyektivliyini bəri başdan sual altına alır: “İndiki rejimdə bunun işləməsi mümkün deyil. Tutalım, qanun buna icazə verdi, kim ona imkan verəcək ki, doğrusunu yazsın? Ya da dövlətin  ekspertizası olan yerdə alternativ ekspertizaya istinad etməyəcəklər. Yəni hüquqi cəmiyyət olmayınca bunlar işlək ola bilməz”.

Alternativ ekspertizanın önəmindən danışan vəkil Fariz Namazlının qənaətinə görə də onun yaradılmasında nə dövlət, nə də həmin müəssisələrin özləri maraqlıdır.

“Təsəvvür edin, siyasi fəal Azərbaycanda alternativ məhkəmə ekspertizasına  mitinqdə polis əməkdaşları tərəfindən döyüldüyünü deyir... Burada alternativ mərkəzlər nə dərəcədə müstəqil ola biləcəklər? Real rəy verə biləcəklərmi? Ümumiyyətlə, onların müstəqil işləməsinə şərait yaradılacaqmı? Bu işdə nə dövlət maraqlıdır, nə də  həmin  istiqamətdə fəaliyyət göstərən  hər hansı özəl qurum gələcəkdə dövlətlə problem yaşamaq istəyir”.

F.Namazlının dediyinə görə, vəkillər istintaq təcridxanalarında olan müvəkkillərinin xəsarətlərini sübut edə bilmirlər: “Məsələn, şəxsin bədənində xəsarət izləri olduğu üçün şikayət veririk. Ekspertiza rəy verir ki, onda heç bir xəsarət yoxdur. Biz əksini sübut edə bilmirik, istintaq təcridxanalarına daxil olanda özümüzlə elektron vasitələr, telefon, fotoaparat götürə bilmirik.  Məhkəməsə ekspertiza rəylərini qəbul edir, nəinki bizim dediklərimizi”.

Fariz Namazlı - Sosial Media

O “heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov və Qiyas İbrahimovun məhkəmə işində də belə situasiya yaşandığını misal göstərir.

“Onlar həbs olunarkən ekspertiza rəy verdi ki, məhbusların üzərində zorakılıq əlamətləri yoxdur. Amma Bakıya gəlmiş BMT-nin işçi qrupu onların bədənində xəsarət olduğunu fiksə etmişdi”.

Vəkil başqa bir nümunə gətirir, “Gəncə işi”ndə Yunis Səfərovun fotolarında ona yetirilən xəsarət izləri açıq-aşkar göründüyü halda ekspertiza bunu yenə yüngül xəsarət kimi qeydə almışdı.

“Həmçinin bunun müqavimət göstərərkən baş verdiyinə qərar vermişdi. Halbuki orda kənardan vurulma nəticəsində alınan xəsarət kimi rəy vermək daha doğru olardı”,- F.Namazlı söyləyir.

Məhkəmə ekspertizalarının rəyindən narazılıq təkcə siyasi məhkəmə işlərində  müşahidə edilmir. Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun vəkilləri də müvəkkilləri ilə bağlı məhkəmə tibbi ekspertizasından narazı qaldığını bildirmişdilər.

 “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” qanun Azərbaycan Respublikasında məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır. Ekspertiza mülki, cinayət və digər işlər üzrə həyata keçirilir.

Ölkə prezidentinin 18 dekabr 2019-cu ildə  müvafiq fərmanına əsasən qanunda bir sıra dəyişikliklər edilib. Qanunvericiliytə əsasən Səhiyyə Nazirliyi məhkəmə-tibb (məhkəmə-psixiatriya), Daxili İşlər Nazirliyi ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik, Ədliyyə Nazirliyi digər sahələrdə ekspertiza aparmalıdır. Bu məqam sözügedən məslələrdə alternativ məhkəmə-ekspertiza aparılmasını mümkünsüz edir.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Toplum TV”-yə sadalanan sahələrdə müstəqil ekspertizanın aparılmamasını, onun qanunla qadağan edilməsi anlamına gəlmədiyini deyir.

“Əgər standartlar, tənzimləmə protokolları olacaqsa, Avropa İttifaqının müxtəlif istiqamətlər üzrə ekspertiza protokollarına uyğun olaraq həyata keçirələcəksə, bu sahələrdə də alternativ ekspertizalar olmalıdır. Burada dəyişikliyə ehtiyac var”.

O, istənilən məsələdə alternativ olduğu kimi bu sahədə də alternativlərin olmasını vacib hesab edir.

Əliməmməd Nuriyev - Açıq mənbələrdən götürülüb

“Həqiqətin ortaya çıxarılması üçün müstəqil ekspertiza mərkəzləri olmalıdır. 3 aprel 2019-cu il “Məhkəmə-hüquq sisteminin islahatlarının dərinləşdirilməsi haqqında” fərmanda bu məsələ də qoyulub. Həmin istiqamətdə müəyyən qərarlar da qəbul olunmaqdadır, amma bütövlükdə öz həllini tapmayıb. Ekspertiza sahəsində monopoliyaya yol vermək olmaz”.

Ə.Nuriyev alternativ məhkəmə ekspertizaları aparacaq qurumların yaradılmasının yubandığını düşünür və bunun bir səbəbini də mütəxəssislərin, laboratoriyaların  olmamasında görür: “Avadanlıqların alınması, laboratoriya qurulması xeyli vəsait tələb edir. Elm hər gün yeni yol qət edir, müvafiq olaraq avadanlıqlar da təkmilləşir. Bütövlükdə bu prosesi sona qədər tənzimləyən institusional təşkilata da ehtiyac var. Belə mərkəzlər yaradılsa, bunların lisenziyası məsələsi də var. Müvafiq tənzimləyici aktların qəbul edilməsi vacibdir”.

Deputat Razi Nurullayev dövlət məhkəmə ekspertizalarının alternativi kimi vətəndaşların xəsarətlərlə bağlı xəstəxanalardan rəy ala biləcəklərini  deyir.

“Məncə, bunun hazırki alternativi budur”.

Razi Nurullayev - Rəsmi səhifə

Amma deputat da sözügedən məsələ ilə bağlı müzakirələr açmağı mühüm hesab edir.

“Vətəndaşın məhkəmə-tibbi ekspertizanın rəyi ilə bağlı şübhələri varsa, siyasi motiv görürsə, alternativ mənbədən qərar almalıdır. Burada birmənalı monopoliyanın olması da mənim üçün qəbuledilməzdir”,- millət vəkili belə deyir.

Məsələ ara-sıra gündəmə gəlsə də, hələlik rəsmi qurumlar səsləndirilən təkliflərə, tənqidlərə münasibət bildirməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo