Sosial

Azərbaycanda COVID-19 pandemiyası sona çatır? – “Pasport tələbi də ləğv olunmalıdır”

11 Aprel, 2022
1230

İFEX

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb. Koronavirus səbəbindən ölüm halı qeydə alınmayıb. Hazırda ölkədə aktiv koronavirus xəstəsi 202 nəfərdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov aprel ayının 7-də jurnalistlərə verdiyi açıqlamada bildirib ki, aktiv koronaviruslu xəstələrdən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam edir. Onların vəziyyəti stabilləşməyə doğru gedir və qısa müddətdə evə buraxılacaqlar.

Onun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır.

“Bu, reanimasiyada yatan xəstələrin sayına da təsir edir”, - TƏBİB rəhbəri vurğulayıb.

"Toplum"a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, pandemiyanın başa çatdığını demək olar:

“Yoluxma sayı artıq çox azdır və bu azalma digərlərindən fərqlidir. Çünki bundan əvvəl biz karantinin sərtləşməsi hesabına azalmaların olduğunu müşahidə edirdik. İndi isə bu proses qaydaların yumşaldılması fonunda baş verdi. Bu da artıq kollektiv immunitetin formalaşıb deməkdir. Bütün bunlar pandemiyanın sonunun gəlidiyini göstərir”.

Mərdan Əliyev - sosial  media 

İnfeksionist Aydın Əliyev də qeyd edib ki, ölkəmizdə pandemiya bitib:

"Təəssüflər olsun ki, bəziləri bunu qəbul etmək istəmir. Xüsusən də, bu işdə marağı olan, pandemiyadan müəyyən gəlir götürən qurumlar...

Amma fakt göz qabağındadır. Azərbaycanda gündəlik yoluxma sayı minimuma enib. Milyonlara insan peyvənd olunub, yüz minlərləsi isə koronavirusdan sağalıb. Yəni, biz artıq pandemiyanı bitmiş hesab edə bilərik".

Mərdan Əliyev isə bildirib ki, virus qalır və müəyyən müdətdən bir, payız fəslində lokal alovlanmalar ola bilər:

"Bu, qrip və kəskin respiratorlu digər xəstəliklərdə olduğu kimi koronavirusda da olacaq. Əsasən payız-qış aylarında müəyyən alovlanmalar baş verəcək, ancaq daha sonra azalacaq. Lakin bu epidemiya səviyyəsində yox, fəsli infeksiya şəklində olacaq.

Yeni mutasiyaların yaranması da mümkündür və baş verəcək. Çünki bu virusdur. Qripdə də hər il yeni mutasiyalar baş verir. Amma bu bizim üçün çox təhlükə yaratmayacaq".

Bəs, dünyada vəziyyət necədir?

Son dönəmlərdə dünyada yeni növ koronavirusa yoluxma statistikasında ciddi şəkildə azalma müşahidə edilir. Bununla əlaqədar olaraq, bir çox ölkələr pandemiya ilə bağlı qoyulan məhdudiyyətləri yumşaldıb və ya tamamilə ləğv edib.

Norveçdə koronavirusa görə qoyulan məhdudiyyətlərə fevral ayının 19-dan etibarən son qoyulub.

Ölkənin baş naziri Conas Stoere fevral ayının 12-də keçirilən mətbuat brifinqdəki açıqlamasında “Aramızdakı məsafə artıq gərəkli deyil”,- deyə bildirib.

Baş nazir qeyd edib ki, ölkədəki bütün qadağalar aradan götürülüb. Ancaq xəstəliyin simptomları olan şəxslər mütləq test verməlidirlər.

açıq mənbədən götürülüb

İsveçdə isə fevral əvvəllərində koronavirusla bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığı və koronavirus testlərinin də dayandırıldığı açıqlanıb.

Fevral ayının 9-da İctimai Səhiyyə Agentliyinin rəhbəri Karin Teqmark Uisell dövlətin əlavə xərcə görə COVID-19 testlərini dayandırdığını bildirib:

“Həftəlik COVID-19 testləri dövlətə 55 milyon dollara, aylıq xərc isə 220 milyon dollara başa gəlirdi, buna görə də koronavirus testlərinə son qoyduq”.

Bununla yanaşı, İsveç Avropa İttifaqı ölkələrindən istədiyi rəqəmsal səyahət kartı, peyvənd sertifikatı və ya test kimi bütün tədbirlərə də son qoyub.

Fevral ayının 28-dən etibarən isə Fransada COVID-19 pasportunun tələb edildiyi qapalı məkanlarda maska tələbi ləğv edilib.

Ancaq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar kimi COVID-19 pasportu tələb etməyən digər yerlərdə də maska tələbi davam edəcək.

Ötən ayın 21-i Almaniya da karantin qaydaların yumşaldıb. Nəticədə, ölkədə evdən işləmək məcburiyyəti ləğv olunub. Xəstəxana, qayğı mərkəzləri, qocalar evi və sərnişindaşıma istisna edilməklə digər qapalı məkanlarda maska tələbi aradan qaldırılıb.

Bununla yanaşı, test məcburiyyəti riskli qrupların olduğu xəstəxana, məktəb, bağça kimi yerlər xaricində tətbiq olunmayacaq.

Çinin Şanxay əyalətində isə vəziyyət əksinədir. Tətbiq olunan qapanmalar ötən günlərdə daha da genişləndirilib.

Bu barədə açıqlama verən əyalət rəsmiləri bunu gündəlik yoluxma sayının yüksələrək 5 mini keçməsi ilə əlaqələndirib.

açıq mənbədən götürülüb

Açıqlamada karantin qaydalarına əməl etməyən və COVID-19 testindən imtina edən şəxslərə sərt cəzaların tətbiq olunacağı vurğulanıb.

Ölkənin səhiyyə komissarlığının martın 30-da verdiyi açıqlamaya görə, Çində koronavirusa rekord yoluxma faktı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 23 107 nəfər təşkil edib.

İnfeksionist Mərdan Əliyev bildirir ki, Çindəki artımın səbəbi çinlilərin immunitetinin olmamamsından irəli gəlir:

“Orada pandemiya yeni başlayanda insanlar güclü karantin hesabına yoluxmadı. O zaman bunun qarşısını ala bildilər. İndi isə “Omikron” ştamı yaranıb və yoluxma sürəti digərlərindən 4-5 dəfə çoxdur. Buna görə də, orada baş verən artım gözləniləndir. Sərt karantin hesabına bu yoluxmanın qarşısını ala bilməsələr, yoluxma artacaq. Ancaq bu bizə gəlib çatsa belə, böyük təhlükə ərz etmir. Çünki bizdə artıq immunitet formalaşıb”.

İnfeksionist Aydın Əliyevin sözlərinə görə, Çində yeni versiya haqqında fikirlər irəli sürülür və yenidən karantin qaydaları tətbiq olunur:

“Bu bizdə Çinin bu məsələdə marağı olması fikirini formalaşdırır. Çünki COVID-19 virusu 2019-cu ildə başlayanda yoluxmalarda ağırlaşma sayı çox idi. Növbəti mutasiyalarda isə getdikcə yüngülləşdi. Ən sonuncuda isə xəstəlik çox yüngül əlamətlərlə ötüşdü. Daha bir mutasiya yaranarsa, onu insanlar “Omicron”dan daha yüngül keçirəcək. Yəni, COVID-19 virusunun artıq təhlüksəsi yoxdur”.

Aydın Əliyev - açıq mənbədən götürülüb 

Azərbaycanda maska və vaksin tələblərinə ehtiyac varmı?

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı aprel ayının 7-də mətbuata verdiyi açıqlamada, karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, qapalı məkanlarda maska taxılmasının önəmli olduğunu bildirib:

“Hazırda bir çox Avropa ölkəsində koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bu, bir daha onu göstərir ki, pandemiya hələ də davam edir”.

Hande Harmancı əlavə edib ki, Azərbaycanda əhalinin peyvəndlənmə göstəricisi 48%-in üzərindədir:

“Bu, yaxşı hal olsa da, hədəfimiz 70%-in üzərindədir. Ümid edirəm ki, bu günə qədər vaksin vurdurmayan şəxslər də peyvəndlənəcək. Son günlər ölkədə yoluxma və ölüm sayında ciddi azalma nəzərə çarpır. Lakin hələ də pandemiya şəraitində yaşayırıq”.

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, hazırda bir çox yerlərdə maskanın istifadəsi məntiqsizdir:

"Böyük restoran və ticarət mərkəzləri kimi yerlərdə artıq buna ehtiyac yoxdur. Bu kimi yerlərdə xəstə insanların da olması ehtimalı azdır. Ancaq bəzi məkanlarda insanlar bir-birilə çox sıx təmasda olurlar. Məsələn, marşrut avtobuslarında, xəstəxanalarda bu tələb qalmalıdır. Ümumiyyətlə, bəzi yerlərdə maskanın istifadəsi tövsiyə xarakteri daşımalı və ənənəyə çevrilməlidir. Çünki bu həm də gigiyenik məsələdir. Ancaq digər yerlərdə ehtiyac yoxdur. Risk qrupuna daxil olan insanlara isə özlərini qorumaq üçün maska taxmaq tövsiyə olunur.

Avropa ölkələrində peyvənd sertifikatı mart ayından etibarən yığışdırılıb. Yəni, ona da artıq ehtiyac qalmayıb. Ancaq bu məsələdə də risk qrupuna daxil olan şəxslər öz sağlamlıqları üçün peyvənd oluna bilərlər".

İnfeksionist Aydın Əliyev də qapalı məkanlarda və ictimai nəqliyyatda maska taxmaq tələbinin ləğv edilməli olduğunu vurğulayıb:

"Boş səbəblərdən insanları cərimələməsinlər. Hazırda insanların maddi-iqtisadi durumu yaxşı deyil. Bütün ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti qalxıb. İnsanlar evlərinə bazarlıq etməyə çətinlik çəkirlər. Onu da gəlib ictimai nəqliyyatda, qapalı məkanlarda maska taxmamısan deyə cərimələmək absurddur. İnsanları bu qədər incitmək olmaz”

Mütəxəssisin sözlərinə görə, pasport tələbi də ləğv olunmalıdır.

“Buna heç bir ehtiyac yoxdur. Çünki bizdə artıq pandemiya yoxdur və bunu yalandan insanların gözünə bayraq etmək lazım deyil. Hamımız 2 il ərzində yetərincə əziyyət çəkdik.

Yeni pandemiya təhlükəsi yaranar və ölkəmizə gələrsə, yenidən müvafiq tədbirlər görülə bilər. Ancaq hazırda buna ehtiyac yoxdur", - deyə o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo