Sosial

Azərbaycanda “inkişafdan qalan” elm - “Azərbaycan alimi dünyada ciddi qəbul olunmur”

27 Dekabr, 2021
979

Açıq mənbələrdən götürülüb

Dünya az qala hər gün elmdə yeni bir məsafə qət etməyə çalışır. Bəs Azərbaycan dünyada baş verən elmi nailiyyətlərdən niyə geri qalır? Dünya elm səhnəsində azərbaycanlı alimlərin adı niyə az səslənir?

“Toplum TV” bu suallara cavab tapmağa çalışıb.

Azərbaycanda niyə ciddi elmi nailiyyətlər əldə olunmur?

“Habitat” layihəsi həmtəsisçisi, molekulyar mikrobioloq, genetik Araz Zeyniyev Azərbaycan iqtisadiyyatına elm və texnologiyanın inkişafının lazım olmadığını deyir.

“Azərbaycan neft ölkəsidir, xammal ixracı ilə gəlirini əldə edir və bunun üçün  elm lazım deyil. Azərbaycan neftinin çıxarılmasını belə özü yox, BP şirkəti edir, xarici mütəxəssislərin dəvəti ilə bu həyata keçirilir. Sadəcə mühəndislər və texniki işçilər lazımdır. Mütəxəssis yetişdirmək, fundament qurmaq kimi nə məqsəd var, nə də icra edəcək universitetlər və ekspertlər”, - tədqiqatçı qənaətini bölüşür.

Azərbaycanda elmə ayrılan pullar təyinatı üzrə istifadə olunurmu?

ReAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərliyə görə, elmə ayrılan vəsaitin azlığı və ya qeyri-effektiv xərclənməsi məsələnin texniki tərəfidir. O da əsas problem kimi elmin istehsalat və təhsillə əlaqəsinin kəsildiyini göstərir.

“Elmlər Akademiyasının indiki strukturu və yanaşma metodu sovetlərdən qalmadır və effektiv deyil. Elm, əslində, universitetlərdə olmalıdır, ayrıca bir məmur kastasının yaranmasına ehtiyac yoxdur. Dünyada elmi araşdırmaların əsas sponsoru heç də dövlət büdcələri deyil, böyük şirkətlərdir. Onlar laboratoriya və elmi müəssisələrlə müqavilələr bağlayır. Araşdırmaların nəticəsində isə iqtisadiyyatda dəyişikliklər, uğurlar, yeni istehsal məhsulları yaranır. Bizdə bu bağ yoxdur”.

Natiq Cəfərli - Sosial Media

Natiq Cəfərli elmə ayrılan vəsaitin düzgün xərclənmədiyini, əsasən, Elmlər Akademiyasının maaş cədvəlini ödədiyini bildirir. O, bunun iqtisadi modeldən çox, idarəetmə modelindən asılı məsələ olduğunu vurğulayır. 

2022-ci ilin büdcəsində elmə ümumilikdə 182273052 manat ayrılıb. Bunun 116 milyon manatı AMEA-nın, 4 milyon manatı Elmin İnkişaf fondunun payına düşür.

2021-ci ildə bu rəqəm 183 milyon manat təşkil edib. 2018-ci ildə  isə elmə ayrılan vəsait 128,1 milyon manat olub.

Dünya ölkələrində elmə ayrılan vəsait ÜDM-nin təxminən 2%-lik hissəsini təşkil edir. Azərbaycanda isə bu rəqəm təxminən  ÜDM-nin 0,20 faizinə bərabərdir.

“Elmi mərkəzlərdə şəffaflıq yoxdur”

Təhsil üzrə ekspert Kamran Əsədov da ölkədə elmin təhsildən uzaqlaşdığı və  tədqiqat yönümlü olmadığı fikrindədir. O elmi mərkəzlərdə şəffaflıq və ədalət prinsipinin təmin edilmədiyini və elmlə məşğul olmaq istəyən gənclərin stimullaşdırılmadığını bildirir.

“Azərbaycanda bu gün 30 yaşından aşağı elmlər doktoru nə qədərdir? Normal elmi dərəcə almaq üçün Everesti fəth etmək və ya başqa planetə getmək daha mümkündür, nəinki bu çətin yollarla elmdə ad almaq. Bu gün elmlə məşğul olmaq istəyənlərin sayının kəskin şəkildə azalmasının səbəbi institutlarda, tədqiqat mərkəzlərində onların yollarının nomenklatur qaydada bağlanmasıdır. Maaşların, tədqiqatların zəif olmasıdır. İnstitutlarda çox mənasız kitablara, tədqiqatlara vəsait ayrılır”.

Kamran Əsədov - Açıq mənbələrdən götürülüb

Dünyada vəziyyət

Araşdırmalara görə, Çin 2008-2018-ci illərdə 528 263 elmi və mühəndislik məqaləsi dərc edib.

ABŞ 422 808 məqalə ilə elm və mühəndislik sahəsində araşdırma aparan ikinci ölkədir.

Bu iki ölkənin ardınca siyahıda Hindistan, Almaniya və Yaponiya gəlir.

Avropa Birliyi ölkələri üzrə elmi məqalələrin sayı 622.000-dir.

Elmin inkişaf etdirilməsinə görə, Sinqapur və Cənubi Koreyanın təcrübələri məşhurdur. Son 50 il ərzində Sinqapurun elm və texnologiya transformasiyası iqtisadiyyatda sıçrayışa səbəb olub.

2019-cu ilin nəticələrinə görə, Cənubi Koreyada hər 1000 işçidən 15,88 nəfəri tədqiqat və ya elm sahəsində çalışır, bu da ən yüksəl göstəricidir. Reytinqdə ikinci yerdə İsveç qərarlaşıb, hər 1000 işçiyə 15,17 alim və tədqiqatçı düşür. Azərbaycan isə dünya üzrə elm göstəricilərinə görə siyahının axırlarında yer tutur.

Azərbaycanda dövlətin qəbul etdiyi qanun və proqramlar

2016-cı ildə “Elm haqqında” qəbul edilmiş  qanun  elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

2009-cu ildə isə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul olunub. Proqramın məqsədi  Azərbaycan elminin strukturunu və tərkibini ölkənin mövcud və perspektiv tələbatları baxımından müəyyən etmək, ölkədə elmin dünya elmi, texnikası və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkilini təmin etmək, eləcə də elmin iqtisadi inkişafında rolunu və elm sahəsində mövcud kadr potensialını artırmaqdır.

Bundan əlavə 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb.

“Siyahıda 25 azərbaycanlı alimin adı var”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Elmi-Təşkilat İdarəsinin rəisi Rüstəm Rüstəmov “Toplum TV”-yə deyir ki, yerli alimlər dünyanın ən nüfuzlu alimlərinin reytinq qiymətləndirmə siyahısına daxildirlər.

“ABŞ-ın Stenford Universitetinin bu ilin oktyabrında yayımladığı siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən 25-dən çox azərbaycanlı alimin adı daxil edilib. Onlardan 8-i ölkəmizdə, digərləri isə Türkiyə, ABŞ, Avstraliya, Portuqaliya, Rusiya və s. ölkələrdə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən və adı siyahıya daxil edilmiş 8 alimdən 5-i AMEA-nın əməkdaşıdır. Bu alimlər “Scopus” bazasında indeksləşən 253359 alim arasından seçilib”.

Qurumun rəsmisi AMEA-da çalışan və təhsil alan gənclərin dünyanın nüfuzlu elmi mərkəzlərində təcrübə keçməyə və təhsil almağa göndərildiyini bildirir. Bundan əlavə, o, Milli Elmlər Akademiyasında çalışan gənclərin yerli və beynəlxalq qrant proqramlarının dəstəyilə xarici ölkələrin elmi qurumlarında müxtəlif müddətlərdə tədqiqatlar apardıqlarını qeyd edir.

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və ICESCO tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün 8 noyabr - Zəfər Günü və 10 noyabr - Dünya Elm Günü ilə əlaqədar “Elmdə Zəfər mükafatı” nominasiyası təsis edilib”.

R.Rüstəmov Azərbaycan Milli Elmlər Akademiyasında son illər köklü struktur dəyişiklikləri həyata keçirildiyini də vurğulayır. Onun sözlərinə görə, məqsəd idarəetmənin daha çevik, effektiv və dövrün tələblərinə cavab verə biləcək səviyyəyə çatdırmaqdır.

Təkliflər var

Kamran Əsədovsa bu gün Azərbaycanda aparılan elmi tədqiqatların lokal xarakterli olmasından danışır: “Azərbaycan alimi dünyada ciddi qəbul olunmur. Çünki tədqiqat predmetləri vacib materiallar deyil. Aziz Sancar Azərbaycana gəlmişdi, Azərbaycanda onunla söhbət edəcək elm adamı yox idi. Hamı onunla ancaq şəkil çəkdirmək istəyirdi”.

O da çoxları kimi hər bir ali təhsil müəssisəsinə müstəqillik verilməli olduğunu təklif edir: “Universitetlərimiz tədqiqat universiteti deyil. Biz adı çəkilən modeli tətbiq etsək, heç olmasa kafedraların birində “Filan adamın kəşfini maliyyələşdirək” deyəcək vicdanlı bir adam çıxacaq. Bizdə elmə ayrılan pul büdcənin çox cüzi hissəsini təşkil edir. Ətrafımıza nəzər salanda texniki avadanlıqlar da daxil nə bizim kəşfimizdir? Biz Afrikadakı hansısa qəbilə deyilik axı”.

Araz Zeyniyev - Açıq mənbələrdən götürülüb

Araz Zeyniyev isə deyir ki, tələbələri nəzdində laboratoriya olan böyük holdinqlərə, şirkətlərə cəlb etmək gərəkdir.

“Xüsusi bir proqram dizayn edib yaxşı gəlirlə bu sahəni inkişaf etdirmək mümkündür. Belə proqramlarda konkret xəstəxana və ya şirkətlər mütəxəssislərin yetişməsində maraqlı olduğu üçün layihə kağız üstündə qalmayacaq. Bunu nümunəvi bir layihə kimi, deyək ki, “ASAN” xidmət kimi təşkil etmək olar”, - gənc alim bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Narkoloji Mərkəzin vəzifəli şəxsləri həbs edilib

1 Mart 2024

Rəsmi səhifə

“Respublika Narkoloji Mərkəzi”nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.  Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Narkoloji Mərkəzi”n baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev barəsində cinayət işi açılıb. https://toplum.tv/olke/pherbi-hisselerdeki-menimsemeye-goumlre-mehkeme-baslayirp Vəzifəli şəxslər şübhəli şəxs qismində tutulublar. Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Məlumatda o da bildirilib ki, hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.    
Sosial

Xocalıdakı kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.  "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2...

Seçilmiş Videolar

Toplum TV loqo