Sosial

Azərbaycanda ipoteka kreditləri niyə hamı üçün əlçatan deyil?

19 Avqust, 2021
3452

Açıq mənbələrdən götürülüb

Bakıda yaşayan Səda Hüseynova dövlətin verdiyi ipoteka krediti hesabına bir neçə il əvvəl mənzil alıb.
 
O, ilkin ödəniş olaraq 18 min manat ödəyib, bununla yanaşı, indi hər ay 750 manat ödəyən S.Hüseynova yalnız 25 ildən - borcunu tam qaytardıqdan sonra evin əsl sahibi ola biləcək.
 
Aylıq kredit məbləğinin yüksək olduğunu söyləyən qadın onu verə bilmək üçün kirayəçi götürüb: “Sığorta pulunu, krediti, komunal haqlarıı ödədikdən sonra 1000 manatlıq maaşdan geriyə cəmi 200 manat qalır ki, o pulun da öz dərdi var”.
 
Səda Hüseynova danışır ki, dövlət ipotekasından yararlanmaq üçün yüksək maaş almaq lazımdır, əks halda bu mümkün deyil: “Məsələn, məndən daha az maaş alanlar bu imkandan yararlana bilməmişdi”.
 
O, eyni zamanda, prosedurun uzunluğundan, rəsmiləşdirmə zamanı çoxlu sənəd tələb edilməsindən və sığorta pulunun yüksək olmasından narazıdır. Narazılıq edənsə tək Səda Hüseynova deyil. Mənzil sahibi olmaq arzusu ilə yaşayan nə qədər ailə şərtlərin dəyişdirlməsini gözləyir.
 
“Toplum TV” bununla bağlı İpoteka və Kredit Zəmanət Fondu ilə danışa bilməyib. Qurumdan nə zənglərə, nə də yazılı suallara cavab verən olub.
 
Fond son açıqlamasında MDB-də ən əlverişli ipoteka krediti şərtlərinin Azərbaycanda olduğunu bildirib: “Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1 faiz, orta faiz 7,4 faiz təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13 faizdən başlayır”.
 
“Fondun nə deməsindən asılı olmayaraq Azərbaycanda mövcud ipoteka-kredit sistemi o qədər də cəlbedici deyil”, - iqtisadçı ekspert Rəşad Həsənov Toplum TV-yə açıqlamasında belə deyir.

Rəşad Həsənov- Sputnik


 
O, Avropa və Gürcüstan nümunəsini misal çəkir: “Əvvəlki illərdə Gürcüstanda kommersiya bankları 3-4 % ipoteka krediti təklif edib. Avropa bazarındasa əksər hallarda bu göstərici 2-3% ətrafında dəyişir. Məsələyə MBD daxilində baxanda görmək olar ki, son iki ildə vəziyyət xüsusilə pandemiya səbəbindən daha kəskin şəkildə dəyişib və passivlikvar. Buna görə də ipoteka şərtlərinin ağırlaşması, çətinləşməsi ehtimalı var”.
 
İpoteka kreditlərini kim verir?
 
Azərbaycanda ipoteka kreditləri əsasən 3 formada verilir: bankların daxili vəsaiti hesabına, tikinti şirkətlərinin birbaşa alıcıya təqdim etdiyi və dövlətin İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına.
 
Banklarda daxili vəsait hesabına verilən ipoteka kreditlərinin faiz dərəcələri 10-12%-dən başlayır və adətən maksimum 10 il müddətinə verilir. Banklar ipoteka kreditlərini verərkən əsas faktor kimi ilkin ödəniş məbləğinə daha çox önəm verir. Yəni ilkin ödəniş nə qədər çox olarsa, bankdan kredit almaq imkanı da bir o qədər çoxdur.
 
Özəl tikinti şirkətlərinin təqdim etidiyi ipoteka kreditlərinin faiz dərəcəsi aşağı, ilkin ödəniş (10-15%) üçün tələbləri isə minimal olur. Belə kreditlərin verilməsi zamanı sənədləşmə prosedurları da uzun çəkmir və ilkin ödəniş ödənildikdən sonra kredit qısa müddətdə verilir.
 
Ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib.
 
Ölkə üzrə hər min nəfərə düşən məşğul əhalinin sayı ən çox Bakıda (1190,7), ən az isə Kəlbəcər- Laçın (123), Dağlıq Şirvan (153) iqtisadi rayonlarındadır.
 
Paytaxtda məşğul əhalinin sayının yüksək olması onların kreditdən yararlanmasını daha əlçatan edir. Məsələn, 2018-ci ilə qədər ipoteka kreditlərindən yararlananların da daha çoxu elə Bakı sakinləri olub, indiydək verilmiş 22733 kreditin 17282-i paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, Fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir.
 
Bakıdan sonra kreditlərin sayına görə ikinci yerdə Sumqayıt, daha sonra Xırdalan gəlir, bu şəhərdə 2289, Abşeron və Xırdalanda isə 1578 maliyyləşmə olub. Beləliklə, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan daxil olmaqla regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər.
 
2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,882 mlrd. manatdan çox, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Bu kreditlərin 625 mln. manatdan çox hissəsi (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilib.
 
Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-dək hissəsi özəl sektorda çalışanlardır. İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2019-cu ildə ölkədə 63 869 nikah bağlanıb.
 
Rəsmi statistikadan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda hər il təxminən 60 min insan nikah bağladığı halda fond 15 ildə cəmi 35 min ailəyə ipoteka krediti verib....
 
Rayonlarda ipoteka kreditləri niyə əlçatan deyil?

 
İqtisadçı Rəşad Həsənov ipoteka kreditləri verilərkən əksər hallarda əsas meyar kimi əhalinin gəlirinin nəzərə alındığını və regionlarda gəlirlər şəhərə nisbətən daha aşağı olduğundan mövcud mənzərənin ortaya çıxdığını deyir: “Azərbaycanın regionlarında ailə sayı daha çoxdur. Amma ailə büdcəsinə daxil olan gəlir baxımından yanaşdıqda əksi ortaya çıxır. Bu o deməkdir ki, region insanının gəlirlərinin artan hissəsini banka daxil edib kredit əldə etmək imkanı daha məhdud və daha aşağıdır”.
 
İqtisadçı digər səbəb kimi problemin mexanizmdən qaynaqlandığını, ipoteka kredit mexanizminin yükün əhəmiyyətli hissəsini müvəkkil bankların üstünə qoyduğunu da vurğulayır.
Onun dediyinə görə, müvəkkil kredit təşkilatı fondun vəsaiti hesabına müştəriyə ipoteka verdikdən sonra məsuliyyəti 100 % üzərinə götürür: “Düzdür, son 2 ildə artıq zəmanət mexanizmi kimi prosesi sığortalayan sistem tətbiq edilməyə başlayıb. Amma istənilən halda bu günə qədər mövcud mənzərəni formalaşdıran bu mexanizmin özüdür”.
 
Ekspertin sözlərinə görə, məsuliyyəti üzərinə götürməli olanlar banklar riskdən sığortalanmaq üçün regionlara sərmayə qoymağa maraqlı deyirlər: “Regionda daşınmaz əmlakın qarşılığında kredit geri qayıtmadığı təqdirdə həmin əmlakın satışı illərlə vaxt alır. Bu o deməkdir ki, öhdəliyi olan müvəkkil öz vəsaiti hesabına fondun borcunu ödəməlidir.
Ona görə də daha çox paytaxt və onun ətrafında, şəhər mərkəzlərində ipoteka kreditlərinin verilməsini müşahidə edirik”.
 
“Regionlarda sosial və adi ipoteka kreditlərində daha aşağı faiz dərəcələrinin tətbiqi imkanları var”, - iqtisadçı, deputat Vüqar Bayramov belə hesab edir və bu haqda hələ ötən il sosial media hesabında paylaşım edib.
 

Vüqar Bayramov-Meclis.info


Deputat deyir ki, bu disproporsianallığın əsas səbəbi regionlarda fəaliyyət göstərən sahibkarların girov təqdim etmək imkanlarının məhdud olması və paytaxt ilə region arasında rəsmi əməkhaqqı məbləğində 2 dəfəyə yaxın fərqin olmasıdır; eyni zamanda bankların əksəriyyəti regionda daha çox kredit təklif etməkdə maraqlı görünmürlər.
 
Depuat hələ 2020-ci ilin sonlarında regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən yeni girov mexanizmi hazırlanmasını və eyni zamanda, bir sıra kreditlər, xüsusən də ipoteka kreditləri üçün differensial dərəcələr müəyyənləşdirilməsini təklif edib.
 
İqtisadçı R.Həsənovsa çıxış yolu olaraq limitlərin müəyyən olunmasını təklif edir: “Məsələn, hər hansı vəkil banka kredit limiti ayrılarkən o məbləğin 30 faizindən az olmayan hissəsinin mütləq regionlarda ipoteka kreditlərinə yönləndirilməsi tələbi qoyula bilər. Belə bir baxış bucağı ilə regionlarında da ipotekanın əlçatanlığını təmin etmək
olar”.
 
Amma hələlik hökumət bu barədə hər hansı açıqlama verməyib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo